Yuxarı

Artur Rəsizadə yola salınır

Artur Rəsizadə yola salınır

Dövlət başçısı inqilabi islahatlara gedir Aprelin 12-dək Konstitusiyaya referendumla edilmiş əlavə və dəyişiklilərə uyğun olaraq vitse-prezident postlarına təyinatlar baş tutmalıydı. Lakin gözləntilərin əksinə olaraq, təyinatlarla bağlı hakimiyyət atmalı olduğu addımları yubadır.  Qeyd edək ki, bu postlara təyinatla bağlı müddət aprelin 12-də başa çatıb. Prezident referendumun qüvvəyə minməsiylə bağlı 6 ay vaxt vermişdi. Sərəncamda Nazirlər Kabinetinə 6 ay vaxt verilirdi ki, hüquqi-aktların konstitusiya dəyişikliyinə uyğunlaşdırılmasını təmin etsin və dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim etsin. Lakin qanunvericiliyə uyğun olaraq, bu, prezidentin səlahiyyətlərinə daxil olan məsələ olduğu üçün təyinatlar bir qədər gecikə də bilər. Müzakirələr başa çatır Gələn məlumatlara görə, I vitse-prezidentin (ölkənin I xanımı Mehriban Əliyeva) təyinatından sonra prezident digər boş qalmış postlara təyinatı gecikdirmək fikrində deyil. Yaxın günlərdə uzun müddətli müzakirələrdən sonra seçilmiş şəxslərin təyinatlarının baş tutacağı ehtimal olunur. Təyinatların baş nazir Artur Rəsizadəni öz yerindən edəcəyi istisna edilmir. “Cümhuriyət” qəzetinin özəl mənbələrdən əldə etdiyi məlumata görə, baş nazirlə bağlı yekun qərar hazırlanır və bunun yaxın günlərdə ictimaiyyətə açıqlanacağı bildirilir. İstirahət istəyən baş nazir Nəzərə alsaq ki, siyasi iddiası olmayan Artur Rəsizadə hakim komandanın işinə daha çox yarayırdı və iqtidarın təhlükəsizliyi üçün baş ağrısı deyildi, amma baş nazirin özünün də istirahətə çəkilməkdə maraqlı olduğu bildirilir. İddia olunur ki, istefa ərizəsi yazan Rəsizadənin səhhətindəki problemlər və yaşı ilə əlaqədar işləmək gücündə olmadığını bildirib. Postundan getdikdən sonra vaxtının çoxunu daha çox istirahətə ayırmaq niyyətində olan 83 yaşlı baş nazir eyni zamanda bundan əvvəl onun istefaya göndərilməsi ilə bağlı edilən xəbərdarlığa etiraz etmədiyi vurğulanır. Yekun qərar hazırlanır 2017-ci il üçün hazırlanmış “Yol xəritəsi”nə adekvat olaraq, daha mobil və çevik komanda formalaşdırmağı qarşısına məqsəd qoymuş dövlət başçısının əmək qabiliyyətini itirmiş 83 yaşlı Artur Rəsizadə ilə işləməyəcəyinin artıq dəqiqləşdiyi diqqətə çatdırılır. Uzun müzakirələr və məsləhətləşmələrdən sonra artıq Rəsizadədən sonra bu posta gətiriləcək şəxsin adının məlum olduğu da ehtimallar arasındadır. Hesab olunur ki, prezident Artur Rəsizadənin yerinə işlək bir  texnokrat  gətirəcək. Hansı ki, həmin şəxsin ictimaiyyətlə münasibətlər, iqtisadi, maliyyə və sosial məsələlərdə peşəkar olduğu ehtimal edilir. Təyinatın nə vaxt baş tutacağına gəlincə, qeyd olunur ki, bu, vitse-prezidentlər postuna təyinatlardan əvvəl nəzərdə tutulub. Artıq yekun qərarın başa çatmaq mərhələsində olduğu deyilir. Mənsur  





Həftənin ən çox oxunanları