Yuxarı

AXCP sədri: “Populist çıxışlar ermənilərin səsini almağa hesablanıb”

AXCP sədri: “Populist  çıxışlar ermənilərin  səsini almağa hesablanıb”

  “Fransada prezident seçkilərinin Azərbaycanda yaxından izlənməsi bu ölkənin Dağlıq-Qarabağ münaqişəsi üzrə yaradılan Minsk Qrupunun həmsədr ölkə olması, digər tərəfdən isə erməni lobbisinin bu ölkənin xarici siyasətinə təsir imkanları ilə bağlıdır.  Görünən budur ki, may ayının 7-də keçiriləcək ikinci raundda Milli Cəbhə lideri Marine Le Pen ilə "En Marche" partiyası yaradıb seçkilərə qatılan və sürpriz edən Emanuel Makron olacaq”. Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev Fransada keçirilən prezident seçkilərinin ilk turuna münasibət bildirərkən deyib. AXCP sədri əlavə edib ki, namizədlərin populist çıxışı ermənilərin səsini almağa hesablanıb: “Fransa xalqının seçiminə hörmətlə yanaşırıq və kimi seçsələr, bizlər də o şəxsə uğurlar arzu edəcəyik. Xalq üçün narahatlıq yaradan onların seçki kampaniyası marafonunda ermənpərəst çıxış etmələridir. Lakin, unutmayaq ki, qoca qitə olan Avropa artıq populizmə məğlub olmaqdadır. Populizm xatirinə deyilən sözlərdən çox da narahat olmağa dəyməz. Bu populizm erməni seçicilərin səsini almaq üçündür. Fransa ilə Azərbaycan həmişə normal dost münasibətlərində olub və inşallah, bu davam edəcəkdir. Fransa xalqına firavanlıq və sülh arzulayıram”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları