Yuxarı

AXCP-də son zamanların ən maraqlı təşəbbüsü: Gənclərlə görüş

AXCP-də son zamanların ən maraqlı təşəbbüsü: Gənclərlə görüş

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Razi Nurullayev 30 aprel tarixində gənclərlə görüş keçirəcək. 

AXCP mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev Cebhe.info-ya açıqlamasında deyib ki, AXCP son zamanlarda bu təşəbbüsü göstərən tək partiyadır:

”Bu, möhtəşəm bir tədbir olacaq. 1000-dən çox gəncin iştirak edəcəyi gözlənilir. Yanılmıramsa, son zamanlar bu təşəbbüsü göstərən tək partiyayıq. Ümumiyyətlə gənclər məsələsi bizim əsas məqsədimiz, hədəfimizdir. Biz Azərbaycanın gələcəyini yalnız güclü, savadlı, intellektual, əzmli, mübariz, müasir, saf gənclikdə görürük. Bunun üçün isə biz illərdir hökumət və ənənəvi müxalifət tərəfindən əzilən, zəiflədilən, ruhu öldürülən, inamı qırılan Azərbaycan gəncliyini yenidən oyatmalıyıq. Məqsəd budur. Var gücümüzlə çalışırıq gəncliyin müxalifətə, haqq mübarizəsinə olan ümidini, inamını yenidən yaradaq. AXCP sədri Razi Nurullayevin aprelin 30-da gənclərlə görüşündə də bu və  ölkəmizin gələcəyi baxımından digər vacib məsələlərə toxunulacaq”. 

Qeyd edək ki, görüş aprelin 30-u, bazar günü, Ələşrəf Əlizadə 13, (Təfəkkür Universitetinin qarşısında paralel küçə) ADP-nın qərargahında keçiriləcək.

Cebhe.info





Həftənin ən çox oxunanları