Yuxarı

AXCP sədrindən Əziz Orucovun həbsinə reaksiya: "Azad edilməlidir”

AXCP sədrindən Əziz Orucovun həbsinə reaksiya:

"Kanal 13 İnternet Televiziyasının rəhbəri Əziz Orucovun həbs edilməsi çox üzücüdür. Şəxsən inanmıram ki, mənim tanıdığım intellektual, mədəni, savadlı, dünyagörüşlü və ziyalı xarakterli Əziz Orucov xuliqanlıq etsin. Onun həbsinin peşə fəaliyyəti ilə əlaqədar olduğu düşüncəsindəyəm”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev Kanal 13 İnternet Televiziyasının rəhbəri Əziz Orucovun həbsinə münasibət bildirərkən deyib. 

Hakimiyyəti Əziz Orucovu azad etməyə səsləyən partiya sədri hesab edir ki, 30 sutkalıq həbs ədalətli qərar deyil: "Ölkədə tanınmış, söz sahibi olan bir jurnalistə bunun rəva görülməsi qəbuledilməzdir. Kanal 13 İnternet Televiziyası tanınmış və sevilən bir kanaldır. On minlərlə izləyicisi olan bir kanalın rəhbərinin dərhal azad olunması vacibdr. Mən əlaqədar orqanları Əziz Orucovu dərhal azad etməyə çağırır və jurnalistləri peşə fəaliyyətinə görə cəzalandırmaqdan çəkinməyə səsləyirəm. Əziz Orucova azadlıq! Mətbuat azad və hürr deyilsə, o cəmiyyət fatihəsi oxunmuş ölüdür!”

Cebhe.info





Həftənin ən çox oxunanları