Yuxarı

AXCP sədri: "Əcnəbi jurnalistlərə Qarabağla bağlı məlumat verilsin ki...”

AXCP sədri:

"İslam Həmrəylik Oyunları haqqında heç nə yazmayacağam. Tənqid etməkdən yorulmuşuq, söz vermişəm ki, bu oyunlar haqqında tənqid deməyəcəyəm”.

Cebhe.info xəbər verir ki, bu sözləri AXCP sədri Razi Nurullayev deyib.

"Əsas odur ki, İslam dövlətləri bizimlə həmrəy olsun, qonaqlar dollar mübadilə edib bir az bolluq yaratsınlar. Hotellərimiz qazansın, dükanlarımız alış-veriş etsin, bir sözlə, xeyirli olsun.  Oyunlar başa çatsın, sarı xətt də yığışdırılsın. Bir də arzumdur ki, oyunlardan sonra dollar bahalaşmasın, tikintilər dayanmasın, iqtisadiyyat çökməsin. Xalqımız daha yaxşı həyata və güzərana layiqdir.

Bir də arzu edirəm ki, gələn xarici jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi və erməni vəhşiliyi ilə bağlı ətraflı məlumatlar verilsin ki, İslam dünyasının mətbuat orqanları Ermənistanı qəsbkar, təcavüzkar və işğalçı dövlət adlandırsınlar”,- deyə AXCP sədri vurğulayıb.

Alçina Amilqızı 





Həftənin ən çox oxunanları