Yuxarı

Beynəlxalq sammitdə Qarabağ gərginliyi

Beynəlxalq sammitdə Qarabağ gərginliyi

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında Ermənistan nümayəndəsi prezident Ərdoğanın tənqidinə tuş gəlib.

Cebhe.info Türkiyə mətbuatına istinadən bildirir ki, prezident Ərdoğan erməni təmsilçisinin çıxışına münasibət bildərərək "Sizin sözləriniz tamamilə siyasidir" deyib. 

Belə ki, açılış mərasimində ölkələrin təmsilçiləri sıra ilə açılış nitqi söyləyb. Ermənistan daxili işlər nazirinin müavini Aşot Hovakimyan Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun çıxışındakı "Üzv ölkələrdən biri hələ zəhərli ideologiyasından vaz keçmədi" deyib. Bu sözlərə uzun-uzadı nitqlə cvab verən Ermənistan təmsilçisi çıxışının az qala hamısını Qarabağ məsələsinə həsr edib. İclasa rəhbərlik edən prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan təmsilçisinə təşəkkür etsə də "Bu toplantı siyasi ittiham yeri deyil" deyib. 

"Burda heç bir təmsilçi ittiham və dəyərləndirmə etmədi. Siz nitqinizin hamısını siyasi dəyərləndirməyə ayırdınız. Bu məsələ ilə Minsk qrupu məşğul olur",- deyə Ərdoğan vurğulayıb.

Xəzər





Həftənin ən çox oxunanları