Yuxarı

AXCP sədri jurnalistin azad edilməsinə çağırdı

AXCP sədri jurnalistin azad edilməsinə çağırdı

AXCP sədri Razi Nurullayev Kanal 13-ün həbs edilən rəhbəri Əziz Orucovun azad edilməsinə çağırıb. 

Cebhe.info xəbər verir ki, partiya sədri hakimiyyəti Əziz Orucovu azadlığa buraxmağa və ona qarşı irəli sürülən ittihamlara xitam verməyə çağırıb:

"Tanıdığım adamlar içərisində ən dürüst və vicdanlı olan dostlardandır. Gülərüz, mehriban, vətənini, dövlətini sevən bu peşəkar jurnalistin qanunlara qarşı gəlməsi inandırıcı səslənmir. O, cinayət törətməz və xalqına, millətinə, dövlətinə qarşı da addım atmaz. Belə bir insanın güman edilən saxta ittihamlarla həbsi yolverilməzdir”.

R.Nurulayev bildirib ki, Əziz Orucov həbs edildiyi zamandan ən çox müdafiə edilən şəxsdir: "Səbəbi isə onun vicdanlı bir vətəndaş, gözəl bir dost olmasıdır. Bu gün azad sözün, ifadə azadlığının simvolu bizim gözümüzdə Əziz Orucovdur. Onu müdafiə edənlərin sayı durmadan artır və bunun fonunda onun günahsızlığına inananlar da çoxalır. İctimai rəy onu xeyrinə işləməkdə davam edir. Belə bir halda onu həbsdə saxlamaq nəinki yolverilməzdir, həm də hakimiyyətin ziyanınadır”.

Razi Nurullayevin sözlərinə görə, Əziz Orucov peşəkar jurnalistdir və bu günə kimi bacarıqlı bir kadr kimi tanınıb:" İnternet məkanında söz sahibi olan və neytral möqve sərgiləyərək bütün siyasi, ictimai, sosial zümrələrə bərabər efir məkanı tanıyan bir ziyalının həbsdə saxlanması bəyənilə biməz”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları