Yuxarı

"AXCP 2018-ci ildə uğur qazanacaq”

"Razi Nurullayevin sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkə müxalifətində aparıcı yer tutmaqla yanaşı, gənclərin böyük etimadını qazanır. Bu gün gənclik Azərbaycanın avanqardı olaraq siyasi proseslərdə AXCP ətrafında birləşməklə, ölkədə 2018-ci il dəyişikliklərinə doğru gedir”.  

Bunu Cebhe.info-ya açıqlamasında AXCP üzvü, politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq hesab edir ki, AXCP 2018-ci ildə uğur qazanacaq:

"Partiya sədri apardığı siyasət və AXCP-ni xalqa qaytarmaqla Azərbaycanın ziyalı kəsiminin rəğbətini qazanmaqdadır. Ənənəvi müxalifətin parçalanma siyasətinə qarşı mübarizə aparan AXCP indiki situasiyada barışçı və birləşmə siyasətini davam etdirir. Hakimiyyətin yanlış sosial-iqtisadi siyasətini tənqid edən partiya sədri  digərləri kimi  təkcə tənqidlə kifayətlənmir, bu sahədə öz təklif və proqramını hakimiyyətin nəzərinə çatdırır.  Qeyd edim ki, müxalif partiya təkcə tənqid edən tərəf deyil, hökumətə çıxış yolu göstərən, probemlərin mümkün həllini qabardan bir partiya olmalıdır. Bunu ilk dəfə məhz Azərbaycan müxalifətinə AXCP gətirdi. Həm tənqid edir, həm də çıxış yollarını göstərir.  Məhz belə bir siyasi müxalifət partiyasının hakimiyyətə gəlmək və idarə etmək şansları daha yüksəkdir.  Hazırda əhalinin gəlirləri əhəmiyyətli dərəcədə azalıb, işsizlik və iqtisadi böhran davam edir. İqtisadiyyatın ayrı-ayrı sahələrində geriləməni, islahatlar anonsunun imitasiya olduğunu nəzərə alsaq, 2018-ci il prezident seçkiləri mühüm əhəmiyyət daşımaqla yanaşı, xalqın bu seçkidə aktiv olacağı istisna deyil.  Partiyanın seçkilərə qatılması, xalqın böyük etimadını qazanması gözlənilir.  Çünki partiya sədrinin apardığı siyasət birbaşa xalqın maraqlarına və siyasi partiyaların birləşməsinə xidmət edir”.

Cebhe.info





Həftənin ən çox oxunanları