Yuxarı

AXCP sədrinin müavini sosial şəbəkə istifadəçilərinə səsləndi

AXCP sədrinin müavini sosial şəbəkə istifadəçilərinə səsləndi

"İnsanları intihar həddinə çatdırmayın”

"Facebookda maraqlı tendensiya yaranıb. Müəyyən kütləyə təsir edə bilən istifadəçilər var ki, şəbəkəni bazara çevirib monopoliyaya alıblar. Baxırsan hər gün ah-nalə dolu statuslar yazıb cəmiyyətə neqativ hislər ötürürlər. Dar düşüncələrinə nə gəldi monitor arxasında yazmaqla hesab edirlər ki, şəxsi problemlərini qabardaraq qloballaşdıra biləcəklər”. 

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev deyib. E.Mehtiyev "Facebook”da deyilənlərin çox zaman reallıqda fərqli olduğu düşəncəsindədir:

"Bəzən isə problemlərdən ağız dolusu yazanların "Facebook” arxasındakı həyatına nəzər salanda görürsən ki, adamların heç bir problemi yoxdur. Hər gün dəbdəbəli, lüks həyat  yaşayırlar. Sadəcə məqsədləri cəmiyyəti zəhərləməyə yönəlib. Belə insanlar xırda problemləri elə bir qlobal vəziyyətə çevirirlər ki, insanların yaşama həvəsi ölür, hətta intihar həddinə çatırlar. İnsanlar artıq yorulub. Onlara hüzur, sevgi, qayğı lazımdır. Əgər bu hüzuru verə bilirsinizsə, yazın, paylaşın, bacarmırsınızsa, o zaman öz neqativinizi bura kökləməyin, lütfən. Düzdür, ölkənin sosial-iqtisadi vəziyyəti olduqca acınacaqlıdır. Problemlər həyatımızın ayrılmaz hissəsinə, "dostumuza” çevrilib. İşsizlik, məmur özbaşınalığı həmişəki kimi dəyişməz olaraq qalır. Amma bu bəraət vermir ki, öz şəxsi problemlərimizi insanlara ötürək”. 

Sosial şəbəkələrin üstünlüyü çox olduğunu deyən sədr müavini "Bura cəmiyyətin aynasıdır. Hətta deyərdim ki, bura bir təhsil ocağıdır. Minlərlə yazıb-poza bilməyən insanlar burda püxtələşir, yetişir. Burda dəfələrlə insanların birləşib hakimiyyətin yanlış qərarlarına qarşı əzm göstərdiklərini gördük. Burda minlərlə insanın həmrəylik göstərib yardıma ehtiyacı olan xəstələrin həyatını xilas etdiyini gördük” deyə vurğulayıb.

Cebhe.info





Həftənin ən çox oxunanları