Yuxarı

AXCP-də təkliflər paketi müzakirəyə çıxarıldı

AXCP-də təkliflər paketi müzakirəyə çıxarıldı

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Dini Məsələlərlə bağlı İdeoloji Konsepsiya və Təkliflər Paketinin müzakirəsi üçün dəyirmi masa keçirib. 

Cebhe.info-nun məlumatına görə, dəyirmi masada AXCP Ali Məclisinin sədri Rafiq Daşdəmirli, AXCP sədrinin dini məsələlər üzrə müşaviri Tural İrfan və partiya funksionerləri iştirak edib. Tədbirdə AXCP-nin Dini Məsələlərlə bağlı İdeoloji Konsepsiya və Təkliflər Paketində yer alan müddəalar müzakirə edilib.

Tədbiri giriş sözü açan AXCP Ali Məclisinin sədri Rafiq Daşdəmirli müzakirə ediləcək məsələlərlə bağlı dəyirmi masa iştirakçılarına məlumat verib. Daha sonra söz alan AXCP sədrinin dini məsələlər üzrə müşaviri Tural İraf təkliflər paketində göstərilən müddəalarla bağlı geniş məruzə edib.

Müzakirələrdə iştirak edən partiya funksionerləri Sərxan Carçı, Kazım Əziz, Mehriban Sadıqova, Kamil Hacı Bədəlli, Natiq Cəfərov, Təbriz Mirzəyev təkliflərlə bağlı fikirlərini bildiriblər.

Qeyd edək ki, daxili müzakirələrdən sonra AXCP Təkliflər Paketinin tam mətnini aidiyyatı qurumlara və ictimaiyyətə təqdim edəcək.





Həftənin ən çox oxunanları