Yuxarı

Cənubi Qafqaz üçün "Reyqan planı"

Cənubi Qafqaz üçün

cenubi qafqaz“Reyqan planı”nın mahiyyətində güclü təbliğat, insanların beyninə nüfuz etmək və yeni stereotipləri yerləşdirmək, bunun nəticəsində yeni bir ideoloji xəttə inandırmaq dayanır. Bura geniş xarakterli media proqramlarının, təbliğat vasitələrinin yaradılması daxildir. Hətta insanların arasına girərək canlı təbliğat aparılması da aiddir. Burada bizim “5-ci kalon”, onların isə tərəfdaş adlandırdığı müəyyən adamlara maliyyə vəsaitinin ayrılması da nəzərdə tutulur. Belə adamlara nüfuz agenti deyilir. Onlar toplumun arasına daxil olur, müəyyən təbliğat aparır və onları özünə inandırır”. [caption id="attachment_416" align="alignright" width="325"]Qabil Ekspert: “Əməliyyat Rusiyanın çökdürülməsinə gətirib çıxaracaq”[/caption] Politoloq Qabil Hüseynli ABŞ-ın Cənubi Qafqazda “Reyqan” əməliyyatı adlı layihə həyata keçirməyə hazırlaşması barədə məlumatı şərh edərkən belə deyib. Xatırladaq ki, NATO Əməkdaşlıq İnstitutunun prezidenti Fərrux Məmmədov musavat.com-a açıqlamasında 5 illiyə nəzərdə tutulan ”Reyqan" əməliyyatının əsas məqsədinin Cənubi Qafqaz ölkələrini Rusiya təhlükəsindən xilas etmək olduğunu deyib: “Çox güman ki, Vaşinqton bunun üçün külli miqdarda pul ayırıb. Əməliyyatın məqsədləri sırasında Cənubi Qafqaz ölkələrini müdafiə altına almaq, milli təhlükəsizliyini qorumaq, iqtisadi inkişafı təmin etmək, onlara hərbi və siyasi dəstək olmaq məsələləri də var. “Reyqan” əməliyyatı nəinki Cənubi Qafqaz, hətta onun bir qolu kimi İrana da hesablanıb. ABŞ Tehranla mümkün danışıqlardan sonra gələcəkdə dünya bazarında mühüm dəyişikliklər həyata keçirmək niyyətindədir. Bu isə Rusiyanın çökdürülməsinə gətirib çıxaracaq. Əməliyyatın adının “Reyqan” qoyulmasının da xüsusi bir nüansı var. Çünki SSRİ-nin dağılmasında və kapitalizmin inkişafında əsas rol oynayan şəxslərdən biri məhz sabiq prezident Ronald Reyqandır. Ona görə də həmin əməliyyatı belə adlandırıblar". Məsələni şərh edən Qabil Hüseynli bildirdi ki, peşə etibarilə R.Reyqanın aktyor olması həmin planın hazırlanmasında və reallaşmasında əhəmiyyəttli rol oynayıb: “Reyqanın yüksək natiqlik məharəti var idi öz təbliğatını da özü qururdu. Bu təbliğat da çox effekli oldu. O, hakimiyyətə gələn kimi bəyan etdi ki, SSRİ şər yuvasıdır və onu tarixin zibilliyinə atacam. Prezident seçildikdən sonra da tez-tez konseptual planda təkrar edirdi ki, söz vermişəm, SSRİ-ni tarixin zibilliyinə atacam. Reyqan əli, ayağı, güclü variasiyalarla çıxışı ilə insanları inandıra bilmişdi. Hətta Sovet vətəndaşlarını inandırmışdı. Cənubi Qafqazla bağlı “Reyqan planı”nın nə dərəcədə real olmasını deyə bilmərəm. Bu barədə dövlət səviyyəsində də qərar yəqin ki, yoxdur. Ancaq bu məlumat hələlik cəmiyyətin ilkin reaksiyasını yoxlamaq üçün də ortaya atılmış bir test də bilər. Amma Cənubi Qafqaz uğrunda mübarizədə Rusiyanın çökdürülməsi lazımdır. Rusiyanı siyasi və iqtisadi cəhətdən çökdürmədən, Putin diktaturasına inamı zəiflətmədən həmin planı həyata keçirmək və Cənubi Qafqaza girmək mümkün deyil. Bu gün Rusiya Federasiya Şurası xaricə qoşun çıxartmaq haqqında qərar verdi. Rusiya Suriyaya çox böyük miqdarda qoşun, hərbi texnika, aviasiya çıxartmağı qərar aldı. Bu o deməkdir ki, Yaxın Şərqdə NATO və Amerikanın Rusiya ilə qarşıdurması baş verəcək. Hətta bu qarşıdurma müharibə səviiyəsinə də gətirib çıxara bilər. Ona görə də mən hələ ki, ABŞ-ın Cənubi Qafqaz uğrunda mübarizəyə başladığını deməyə çətinlik çəkirəm. Onun buna potensial imkanları hələ yoxdur. Ancaq Rusiyanın çökdürülməsi siyasəti davam edəcək. ” Politoloqun fikrincə, əvvəllər ABŞ Rusiyanın Cənubi Qafqazda strateji maraqlarını tanıyırdı. Ona görə də qarşılıqlı razılaşmaya uyğun olaraq, ABŞ Cənubi Qafqaza siyasi müdaxilə etmirdi. Amerika və Qərb ölkələri bu bölgədə enerji resurslarından istifadə edirdi və siyasi situasiyanın müəyyən edilməsi Rusiyanın öhdəsinə buraxılırdı. İndi isə vəziyyət dəyişir. ABŞ dünyanın bütün nöqtələrində Rusiyanı özünə düşmən elan edib və strateji cəhətdən mübarizə aparır. Bu məqsədlə ilkin olaraq Rusiyanın sıradan çıxarılması üçün 30 milyard dollar vəsait ayrılıb. Sonrakı mərhələdə bu məbləğin artırılacağı gözlənilir. “ABŞ-ın məqsədi Rusiyanı ya gücdən salıb özünə tabe etmək, ya da xırda dövlətlərə parçalamqdan ibarətdir”- politoloq bu prosesi belə şərh etdi. Qabil Hüsenlinin proqnozuna görə, Putin hakimiyyəti Suriyaya ordu yeritməklə Rusiyanı Yaxın Şərqdə böyük bir bataqlığa sürükləyir. Rusiyanın hazırkı durumu SSRİ-nin Əfqanıstandakı siyasi taleyini və məğlubiyyətini xatırladır. Ona görə də Suriyadakı böhrana yersiz müdaxilə Rusiyanın çöküşünü sürətləndirəcək.    Müşfiq Abdulla





Həftənin ən çox oxunanları