Yuxarı

Saxta profildən baxan siyasətbaz- Əli Kərimli

Saxta profildən baxan siyasətbaz- Əli Kərimli

Məhəmməd Əsədullazadə:"İndiki durum "Yurd"un  bölücülük siyasətinin nəticəsidir”

Vüsal Qarayev: "Onlar qaragüruh ordusudur”

Azərbaycan siyasi səhnəsində uzun illərdir var olmağa çalışan ənənəvi müxalifət liderləri gündəmə gəlmək üçün müxtəlif üsullara əl atırlar. Müşahidələr göstərir ki, bitmiş, xalq tərəfindən qəbul olunmayan siyasətçilər siyasi fəaliyyəti, sağlam mübarizəni bir kənara qoyub ictimaiyyətdə nüfuz sahibi olan şəxsləri hədəfə almaqla gündəmə gəlmək istəyirlər. Bu üsulun kimə məxsus olduğunu əslində bu gün siyasətlə maraqlanan hər kəs bilir. 

"Yurd” sədri Əli Kərimlinin zaman-zaman bu məsələdə adının hallanması da təsadüfi sayıla bilməz. Xüsusilə, Facebook şəbəkəsində "aktivliyi” ilə seçilən Əli Kərimli və tərəfdarları unudulduqlarını hiss edən kimi "fəaliyyətə” başlayırlar. Atədən, saxta profillərlə özünə tərəfdar yığmağa və siyasi divident qazanmağa çalışan Kərimli bu fəaliyyəti ilə bir sıra "yurd”çuların da etimadını itirib. "Yurd”çuların dəhliz söhbətlərində də bu məsələ geniş müzakirə olunur. Daxil olan məlumatlardan bəlli olur ki, saxta profillərlə digər partiya sədrləri haqqında yazılan təhqir və hətta söyüşlərin müəllifi məhz Əli Kərimlinin özüdür. "Yurd” sədri tərəfindən yazılan və ya yazdırılan statuslara, rəylərə nəzər yetirsək, görərik ki, özünə siyasi lider deyən bir şəxs bu cür "siyasi mədəniyyət”ə malik olmamalıdır. 

Kiminsə şəxsi keyfiyyətlərinə, şəxsiyyətinə toxunmaq fikrimiz yoxdur. Bu barədə zamanında Daşkəsənin icra hakimiyyətinin başçısı Əhəd Abıyev deyib. Ancaq məsələ ictimai şəxsdən gedirsə, ən azından başqasından tələb etdiyi mədəniyyəti ilk növbədə özü göstərməlidir. Bu günlərdə "Yurd” sədri Əli Kərimli qarayaxma və böhtan maşınını yenidən işə salıb. "Qara piar” maşınının budəfəki hədəfi isə ona alternativ olan, bu gün siyasi fəaliyyəti ilə gündəmə gələn şəxslər olub. Statusu yazanın kimliyi (oxu: istifadəçi adı) Safar Cavadov olsa da, bu profilin arxasında gizlənənin əslində Əli Kərimli olduğu iddialar arasındadır.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev deyir ki, Əli Kərimlinin bu yolu seçməsinin səbəblərindən biri onu eqosudur:

"Tənqid olsa, başadüşüləndir, ancaq bunlar şəxslərin ailə üzvlərinə kimi şərləyib, təhqir edirdilər. Mən bunun səbəbini iki məsələdə görürəm. Birincisi eqo savaşı. İllərdir eyni postda, eyni partiyada öz hegemonluğunu quran şəxslərin yeni liderlərə, siyasətçilərə qısqanclığıdır. Təsəvvür edin iqtidarı hakimiyyəti qeyri-demokratik yollarla əlində saxlamaqda ittiham edənlər, özləri də eyni yolu seçib, illərdir sədrliyi kiməsə vermək istəmirdilər. 

Onlar gizli səsvermə belə keçirməyə cəsarət etmirlər. Biz isə qurultayda gizli səsvermə keçirdik, eyni zamanda eyni şəxsin iki dəfədən artıq sədr seçilməsinə qadağa qoyduq. Digər bir səbəb də müxalifəti içindən parçalayan idarəetmə siyasətidir. Mən əminliklə deyirəm ki, bizi söyən, bizə hücum edən "müxalifət” əslində ayrı-ayrı qruplara xidmət edir. Ölkədə müzakirə ediləcək problemlər olduğu halda özünü müxalifət adlandıranlar niyə bu problemləri sadalayıb həlli yollarını göstərmək əvəzinə başqalarına hücum etsinlər, niyə təhqir edib, şərləsinlər? Qısacası, bunlar qaragüruh ordusudur”.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə də hesab edir ki, uzun illərdir muxalifət adı altında fəaliyyət göstərən "Yurd" sədri və onun bəzi ardıcılları ölkənin siyasi müxalifət sisteminə ciddi zərbə vurublar: 

"Hazırda xalqın siyasi müxalifətə dəstək verməməsi, "Yurd” sədrinin apardığı bölücülük siyasətinin nəticəsidir. Əbülfəz Elçibəy adından istifadə edən, onun sağlığında özünə partiya içində partiya quran Əli Kərimlinin fəaliyyəti ölkədə parçalanmaya xidmət edir. Bu gün "Yurd” sədrinin siyasi iflası, xalqın dəstəyini çoxdan itirməsi, onun bəzi tərəfdarlarının ölkənin aparıcı siyasi liderlərə qarşı haqsız kampaniya aparmasına səbəb olub. Bu gün "Yurd”un və onun sədrinin siyasətinin iflasa uğraması xalqın dəstəyinin kəsilməsinə səbəb olub”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları