Yuxarı

İran geri çəkildi

İran geri çəkildi

AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Türkmənistan prezidentinin Azərbayacana səfərini şərh edib.

Cebhe.info xəbər verir ki, politoloq Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfərini iki ölkə arasında problemlərin həllində və gələcək əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib:

"Xəzərin hüquqi statusu və bundan qaynaqlanan "Kəpəz" yatağı üzərində Bakı və Aşqabad arasında soyuq siyasi münasibətlər davam edirdi. İki ölkə arasında ticari və iqtisadi əməkaşlıqda böyük potensial olmasına baxmayaraq, rəsmi Aşqabad məlum poroblemlərə görə Bakı ilə əməkadaşlıqda maraqlı deyildi. Azəbaycanın TAP və TANAP lahiyələrinin gerçəkləşməsi, Türkmənistanında diqqətini çəkməyə bilməzdi. Çünki türkmən qazının alıcısı olan Rusiyanın  "Qazprom” şirkəti ABŞ-ın sanksiyalarından ciddi şəkildə zərər görür. Bundan əlavə, Qərb Rusiya vasitəsi ilə nəql olunan qaz və neftin alınmasında maraqlı deyil. Dəyişən enerji coğrafiyası, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiylar Türkmənistanın Azərbaycanla əmıkdaşlıq etməsini şərtləndirir. Türkmənistan prezidenti öz çıxışında şaxələndirilmiş enerji siyasətini vurğulamaqla Xəzərin dibi ilə "TransXəzər" boru kəmərinin çəkilməsində və öz qazını TAP vasitəsi ilə Qərbə ixracında maraqlı olduğunu qeyd etdi.

Ekoloji problemi önə çəkən Rusiya Xəzərin dibi ilə boru kəmərinin çəkilməsinə hər vəchlə mane olur. "Trans Xəzər" boru kəmərinin çəkilməsinə mane olan Rusiyanın neytrallaşdırılması, Türkiyə-Azərbaycan və Türkmənistanın ortaq müttəfiqliyi və ABŞ-n dəstəyi ilə gerçəkləşə biər. Ekoloji problemi önə çəkən Rusiya isə, özü Qara dənizin dibi ilə "Türk axını" boru kəmərini çəkir. Rəsmi Kreml Mərkəzi Asiyanın neft və qaz ixracını məhz öz nəzarəti vasitəsi ilə nəqlinə çalışır. Bununla Mərkəzi Asiyanı öz nəzarətində saxlamağa çalışır”. Politoloq qeyd edib ki, Türkmənistan Azərbaycanla əməkadaşlıqda maraqlı olarsa, Kəpəz yatağının birgə işlənməsinə razılıq verərsə, Qərbin dəstəyin alacaq və TAP -a qoşulmaqla, Rusiyanın inhisarından çıxmaqla öz enerji siyasətində müstəqil ola bilər: "Türkmənistan prezidenti göründüyü kimi regionda dəyişən enerji siyasətinin fərqindədi və Azərbaycanla əməkadaşlıqda artıq öz seçimini edib. İki ölkə prezidentləri imzaladıqları sənədlərlə yeni əməkdaşlığın və strateji tərəfdaşlığın bönövrəsni qoydu”. 

Politoloq bildirib ki, bundan sonra Xəzərin statusu və "Kəpəz” yatağı ətrafında mübahisələrdə həll ediləcək: "Çünki bu məsələlərdə ortaq məxrəcə gəlinib ki, strateji əməkdaşlıq formatının əsası qoyuldu. Artıq Azərbaycan və Türkmənistan siyasətində yeni səhifə açılır.  Türkmənistanın Azərbaycanla əlaqələrinin bərpa olunmasında Türkiyənin mühüm rolu oldu. İran ciddi şəkildə indiyə kimi Türkmənistana ciddi təzyiq edərək, Azərbaycanla əməkdaşlığa imkan vermirdi. Xəzərin statusunda İran və Türkmənistan Azırbaycanla razılaşmırıdı. Bundan sonra İran öz iddiasında təkləndi”.

Alçina Amilqızı 





Həftənin ən çox oxunanları