Yuxarı

Elçibəyin böyük uğuru: Manatın 25 illliyi

Elçibəyin böyük uğuru: Manatın 25 illliyi

Azərbaycan Respublikası müstəqillik qazanandan sonra 1992-ci il 15 avqust tarixində ilk dəfə milli valyutasını dövriyyəyə buraxdı. Bu, müstəqillik dövründə Elçibəy hakimiyyətinin ilk uğurlarından biri sayılır.


Bu gün artıq manatın dövriyyəyə buraxılmasından 25 il ötür.  13 ildən sonra 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" fərman imzalandı. Fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisin sədri Rafiq Daşdəmirli Cebhe.info-ya açıqlamasında manatın dövriyyəyə buraxılmasıdan  danışıb:

"Azərbaycan Demokratik Respublikasının ilk müstəqil pul vahidi 1919 -cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100,  250 manatlıq əskinazlar olub. Əskinazın üz hissəsində "Cümhüriyyət” sözləri olub. Müstəqilliyimizin yeni dövründə Azərbaycan Respublikasının demokratik yolla seçilmiş ilk prezidenti Əbülfəz Elçibəy tərəfindən 15 iyul 1992-ci ildə imzalanmış "Azərbaycan Respublikası milli valyutasının dövrüyyə buraxılması” haqqında sərancamına əsasən buraxılıb. Bu isə suveren dövlətin mühüm atributlarından biri sayılan milli valyutanın dövrüyyəyə buraxilması demək idi. Bu, Elçibəy hakimiyyətinin ən böyük uğurlarından biri idi. Sonradan ölkə ərazisində manatın yeganə ödəniş vasitəsi olması ümumxalq səsvermə yolu ilə referendumla aktı ilə qəbul olundu”.

AXCP funksioneri milli valyutanın bugünkü vəziyyətinə toxunaraq qeyd edib ki, manatın möhkəmlənməsindən danışıb: "Bu gün, avqustun 15-də Azərbaycan milli valyutasının-manatın dövrüyyə buraxılmasından 25 il keçir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra öz pul vahidini də bərpa etdi. O, zamanlar manat üzərində Azərbaycan tarixi şəxsiyyətlərini, tarixi keçmişini, mədəniyyətini bu günü və gələcəyini əks etdirən təsvirlər olub. Yaxın dövrü nəzərə alsaq görərik ki, hər zaman manat başqa valyutalarla nisbətdə dəyərli olub. Son dövlər, 2015-ci ildə baş verən devalvasiya manatın dəyərini kəskin ucuzlaşdırdı. Hazırda manatın möhkəmlənməsinin heç bir iqtisadi əsası görünmür”.






Həftənin ən çox oxunanları