Yuxarı

AXCP sədri prezidentliyə namizəd olacaq

AXCP sədri prezidentliyə namizəd olacaq

AXCP sədri Razi Nurullayev 2018-ci il prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. 

Cebhe.info xəbər verir ki, partiya sədri bu barədə Talk TV-yə müsahibəsində məlumat verib. 

Razi Nurullayev ənənəvi müxalifətin öncəki seçkilərdə etdiyi səhvləri təkrarlamayacaqlarını və əvvəlcədən hazırlanan proqramla hərəkət edəcəklərini bildirib.

AXCP sədri vurğulayıb ki, rəhbərlik etdiyi partiya seçkilərdə istər vahid namizədin müəyyən edilməsi, istərsə də proqramın hazırlanmasında digər müxalifət partiyaları ilə əməkdaşlığa hazırdır: ”Amma partiyanın bununla bağlı şərtləri olacaq”.





Həftənin ən çox oxunanları