Yuxarı

"Yurd”un qazanc qapısı - Mitinq

Fəaliyyəti dövründə hər zaman dağıdıcı missiya yerinə yetirən ənənəvi müxalifət yenə də öz ampluasındadır. 2018-ci il prezident seçkiləri yaxınlaşdıqca, müxtəlif bəyanatlarla çıxış edən ənənəvi müxalifət liderləri yeni missiyalarına start veriblər. Əslində missiya yeni olsa da, mahiyyət eynidir. "Yurd” sədri Əli Kərimlinin son açıqlamaları, özünü təmizə çıxarmaq cəhdləri ən yaxın adamı tərəfindən ifşa olundu. Bu məsələ Əli Kərimlinin yürütdüyü siyasətin mahiyyətini növbəti dəfə ictimaiyyətə çatdırdı. 

Bəllidir ki, Əli Kərimlinin siyasi arenada qalmaq üçün öz missiyası, taprışıqları və şəxsi maraqları var. Siyasi arenada olan şəxslərin əksəriyyəti, hətta sıravi vətəndaşlar da bu missiyanı yaxşı bilir. Hətta bir çox gənc fəallar, uzun müddət siyasi fəaliyyəti olmuş şəxslər Əli Kərimlinin bu "missiyası”na görə hələ də həbsdədir. Əli Kərimlinin missiyası olduğu kimi, təbii ki, hədəfləri də var. Uzun illərdir ənənəvi müxalifətdə liderlik iddiasında olması da məhz bu hədəflərin reallaşdırmasına hesablanıb. 2018-ci ildə ölkədə prezident seçkiləri keçiriləcək. Bütün partiyalar, siyasi təşkilatlar seçkilərə güclü getmək və müsbət nəticə qazanmaq niyyətindədir. Ancaq "Yurd” sədrinin 2018-ci illə bağlı missiyasi və hədəfi fərqlidir.

"Yurd” kuluarlarında gedən söz-söhbətlər də bunu deməyə əsas verir. Belə ki, "yurd”çular artıq növbəti "hazırlıqsız”, heç bir nəticə verməsi mümkün olmayan mitinqlərə hazırlaşırlar. Mitinq qərarı verənlərin isə məqsədi əvvəlcədən bəllidir. Yenə də məqsəd mitinqlərdə gənclərin həbs olunması və bu həbslər üzərindən xarici təşkilatlardan qrant şəklində külli miqdarda vəsaitlərin alınmasıdır. Əslində Əli Kərimlinin siyasi fəaliyyəti bütün zamanlarda məhz bu istiqamətdə olub. Bu gün bəzi "yurd”çuların həbsdə olması məhz Əli Kərimlinin "xidmətinin” bəhrəsidir. Əli Kərimli isə "yurdu”çulara göstərdiyi bu "xidmətin” sayəsində öz hədəfinə müəyyən mənada çatıb.

Ümumiyyətlə, "Yurd”un fəaliyyətinə nəzər salsaq, bütün zamanlarda oxşar addımların atıldığının şahidi olaraq. Əli Kərimli öz maraqları kimi, tutduğu xəttə də dəyişiklik etmir. "Yurd” sədri öz fəaliyyətini bütövlükdə maliyyə maraqlarına fokuslayıb. Bir fakta nəzər salmaq kifayət edir ki, deyilənlər heç kimdə şübhə yaratmasın. Əli Kərimli bu günə qədər özü haqqında deyilənlərə münasibət bildirməyib. Ancaq "yurd”çular vasitəsilə sosial şəbəkələrdə təhqir etdirib, söydürüb.

Beləliklə də "tənqidlərə reaskiya verməyəcək qədər təmkinli siyasətçi” kimi görünmək istəyib. Amma bir neçə gün öncə Əli Kərimlinin maliyyə qaynaqları, illik xərcləri haqqında yayılan məlumatlara şəxsən özü videomüraciət vasitəsilə cavab verdi və deyilənləri təkzib etdi. Ancaq Əli Kərimlinin bu müraciətindən sonra ona yaxınlığı ilə tanınan Kərim Mehdiyev deyilənlərin doğru olduğunu, Əli Kərimlinin videomüraciətdə dediklərinin həqiqət olmadığını sübutlarla göstərdi. 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Əli Kərimli hakimiyyət yox, müxalifətdə qalmağın davasını aparır: "2018-ci il ölkədə prezident seçkiləri keçiriləcək. Ənənəvi muxalifət hazırda səssizdi. 20 ildən artıqdır ki, fəaliyyətləri yalnız dağıdıcı siyasəti olan ənənəvi liderlər, görünür prezident seçkilərinə yenidən qatılmaq fikrindədirlər. "Yurd” sədri Əli Kərimli kurasiyasında olan Milli Şuranın adı altında seçkiləri gedəcəyi gözlənilir. Hesab edirəm ki, ənənəvi siyasətlərini ortaya qoyub, yenidən müxalifətin birliyinə mane olacaq.

Eqo və muxalifət lideri olmaq ambisiyalarının qurbanına çevriləcək. "Yurd” sədri hakimiyyət davası deyil, ana muxalifət lideri olmaq davası aparır və ona görə də müxalifətin birliyini parçalayır. Gələn il yenidən "fəallaşmaqla" həbslərə yol açacaq, bu da Avropanın bəzi təşkilatlarının diqqətini cəlb etmək planının bir hissəsidir. Qeyd edim ki, xalq yeni dəyişikliklər və yeni lider arzusundadır. Ona görə də "Yurd” sədrinə artıq etimad edilmir. O yalnız özü üçün çalışır və ətrafındakıları həbs etdirməklə əzabkeş obrazı yaradır. 2018-ci il "Yurd” və Milli Şura üçün fiasko ili olacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları