Yuxarı

Razi Nurullayev Mehman Əliyevə azadlıq istədi

Razi Nurullayev Mehman Əliyevə azadlıq istədi

"Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin saxlanılması bizdə çox dərin təəssüf hissi doğurur. Onun şübhəli şəxs kimi saxlanılması üzücüdür və cəmiyyət tərəfindən qəbul edilə bilməz. Hökumət bu addımı ilə bir daha göstərdi ki, qanunlarla deyil, mülahizələrlə addım atır”.  

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev bildirib. 

Partiya sədri qeyd edib ki, Mehman Əliyev ölkədə, beynəlxalq aləmdə ictimai xadim, media rəhbəri kimi nüfuzlu şəxslərdən biridir: "Onun həbsi ölkəmizə problemlər yaradacaq. Mehman Əliyev dünyanın informasiya sistemində özünəməxsus nüfuzu olan və ölkədə barış missiyasını daşıyanlardan biridir. AXCP olaraq Mehman Əliyevi müdafiə edirik və edəcəyik. Hakimiyyəti soyuq başla düşünməyə, həbs qərarını dəyişməyə və Mehman Əliyevi dərhal azadlığa buraxmağa çağırırıq”.

Cebhe.info





Həftənin ən çox oxunanları