Yuxarı

Mühacir biznesinin "xaç atası”nın dəbdəbəli həyatı

Mühacir biznesinin

Salam, hörmətli və əziz Azərbaycan gəncliyi. Bu yazını eksklüziv olaraq oyanmamışlar üçün yazıram. Bu yazını yazmağıma səbəb sosial şəbəkələrdə qarşılaşdığım bir foto oldu. Həmin fotonu sizə təqdim edirəm buyurun, baxın.

Fotodakı şəxs məşhur biznesmendir, dünyada tanınan brend müəllifidir, uzun müddət müxtəlif ölkələrdə biznes mərkəzlərinin tikintisi ilə məşğul olub və sair. İnandınız? Hörmətli gənclər, zarafat edirdim, bu fotodakı şəxsin adı Fikrət Hüseynlidir. Tanıyanlar tanıyır, tanımayanlar da bilsin ki, bu şəxs Əli Kərimlinin şəxsi mətbuat xidmətinin (yəni "Azadlıq” qəzetinin) əməkdaşı olub, indi də elə Əli Kərimlinin yaxın ətrafıdır, hazırda Hollandiyada mühacirətdədir və Qənimət Zahidin "Azərbaycan saatı” verilişinin əməkdaşıdır. Bu adamın adı dəfələrlə siyasi mühacir alverində və sair neqativ işlərdə hallanıb. Amma baxın ki, bu gün bu şəxs qiyməti ən azı 100 000 manat və buraxılış ili ən azı 2015-ci il olan "Mercedes CLS” avtomobili alıb. Sual olunur nə ilə alıb bu avtomobili? Əlbəttə ki, sosial şəbəkələrdə Azərbaycanda inqilab etməyə çağırmaqla, Əli Kərimlinin əlini öpməklə. İşin ən şərəfsiz tərəfi isə odur ki, bunun işlədiyi "Azərbaycan saatı” insanlardan ianə istəyir, işçiləri isə belə 4.0 motor at gücü olan "Mercedes”lər sürürlər. 

Əziz Azərbaycan gəncliyi, baxın bu insanlara! Bu insanlar Əli Kərimlinin ətrafıdır. Yalan danışıb imkansızlıqdan şikayət edirlər, amma birinin övladı xaricdə bahalı universitetdə oxuyur, biri lüks avtomobil alır. Hələ bunlar görünən tərəfləridir, görün, indi altda hansı sərvətlər toplayıblar. Bu, insanlar bu sərvətləri bəs nəyin hesabına toplayırlar? Əlbəttə ki, siz gənclərin və sadəlövh adamların hesabına. Siz hər dəfə mitinqə gedib Əli Kərimli kimilərinə əl çaldıqca, hər dəfə Fikrət Hüseynlinin işlədiyi "Azərbaycan saatı” verilişini "layk” etməklə bu insanların sərvət toplamağına imkan yaradırsınız. Sadə insanlara elə gəlir ki, siyasi mübarizə gedir amma əslində biznes əməliyyatları gedir. Bu biznesdə isə sizin yeriniz həbsdir, işdən çıxarılmaqdır, mənim kimi ömrünüzün neçə ilini boş yerə itirməkdir.

Hörmətli gənclər, sizə bir misal da deyim. Hansı ki, bu misal mənim ürəyimi ağrıdır. 2-3 gün bundan əvvəl "Azadlıq” radiosunda işləyən və indi müstəqil jurnalist Kamran Mahmudov yazır ki, işsizdir, ehtiyacı ucbatından evini satmağı planlayır. İndi özünüz qiymət verin, ABŞ Dövlət Departamentinin dəstəklədiyi "Azadlıq” radiosu kimi bir radionun əməkdaşı olan jurnalistin biri Azərbaycanda kasıbçılıq çəkir, amma "Azərbaycan saatı” kimi dılğır bir kanalın adicə əməkdaşı 100 000-lik maşın alırsa, görün indi bunun baş redaktoru Qənimət Zahid və digərləri nə qədər qazanır. Qazanırlar qazansınlar özlərinə qismət. Amma məni əsəbləşdirən şərəfsizlik və yalançılıqdır. İnsan nə qədər şərəfsiz və əclaf olmalıdır ki, o qədər pul qazanasan və insanlardan ianə istəyəsən. Əziz gənclər, hərdən bizi ittiham edirlər ki, biz Azərbaycan hakimiyyətindən pul almaq üçün Əli Kərimlini və onun mafioz ətrafını tənqid edirik. Qətiyyən belə deyil. Şəxsən mənim Əli Kərimli kimi tiplər barədə yazmağımın səbəbi gənclərin mənim etdiyim səhvləri təkrarlamamaqları üçündür. Biz bir səhv etmişik, gənc olmuşuq və bu tip biznesmenlərə inanıb ömrümüzü qurban vermişik, bunlar isə varlanıblar. İndi isə istəyirəm ki, bizim düşdüyümüz tora heç kim düşməsin. 

Əziz Azərbaycan gəncliyi və sadə insanlar. Bilirəm ki, ürəyinizdə şübhələr var ki, görəsən inanasınız bu yazılanlara, yoxsa yox. Məni sözüm sizə odur ki, mənə yox faktlara inanın. İnandırım ki, sizi əgər bu dələduz mühacir alverçisi Fikrət Hüseynlini Əli Kərimli müdafiə etməsəydi burda heç onun adı çəkilməzdi. Hökumətdə rüşvət də var, korrupsiya da. 

Bunu hamımız bilirik. Amma hökumətə olan neqativ hissləriniz sizi məcbur etməsin ki, dələduz siyasətçilərin toruna düşəsiniz. Bir də heç kəs fikirləşməsin ki, o da Əli Kərimlinin çevrəsinə qoşulub sonra xaricə gedə və belə varlana bilər. Əsla, bunlar xüsusi mafioz qruplaşmadırlar və kiçik çevrələrində olanlara belə şərait yaradırlar (necə ki, hökumətdə bir qrup adam varlanır), qalan sadə üzvlər bunlar üçün sadəcə ayaqlarının altına qoyun yuxarı qalxmaq üçün lazım olan kərpiclərdir.

Səbuhi Əliyev





Həftənin ən çox oxunanları