Yuxarı

Seçki 2018: "Siyasi gücün mərkəzi AXCP olacaq”

Seçki 2018:

"2018-ci il ölkənin siyasi-ictimai sferası üçün  həlledici  olacaq. Gələn il ölkədə prezident seçkiləri keçiriləcək. Prezident seçkiləri dövlətin və xalqın siyasi taleyində mühüm, həlledici hadisədir. Məhz  hər bir ölkədə prezident seçkisində hər bir partiya öz siyasi və təşkilatı qabiliyyətini ortaya qoyur, ölkədə mühüm dəyişiliklərə start verilir. Ölkəmizdə prezident seçkilərinə 17 ay qalmasına baxmayaraq,  seçki mühiti hiss olunmur. Təbii ki, iqtidar da seçkinin sönük keçməsində maraqlıdır. Ona görədə çalışacaq ki, maksimum şəkildə seçki ilində siyasi canlanma olmasın”. 

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, siyasi-şərhçi Məhəmməd Əsədullazadə deyib.

AXCP yetkilisi hesab edir ki, xalqı seçkiyə cəlb etmək müxalifətin üzərinə düşən məsuliyyətdir:

"Bu gün ölkədə ənənəvi müxalifətin apardığı siyasətə fikir versək, onlar da iqtidar kimi seçkidə xalqın aktivliyində maraqlı deyillər.  Xalqın etimadı itirən, ənənəvi, 90-cı illərdə qalan siyasilər yenidən Rusiyanın "5-ci kolonu” olmağa çalışırlar. Hazırda Rusiya Qərblə "soyuq savaş” aparır, iqtisadi və siyasi sanksiyalara məruz qalıb. Buna görə də Rusiya çalışacaq ki, MDB məkanında öz siyasi nüfuzunu artırsın, seçkilərdə öz təsirini göstərsin. Rəsmi Kreml gələn il iqtidara təzyiq etmək üçün yenidən Milli Şura və "Yurd”un sədrinə "stavka” edəcək. Müsavat Partiyasının təcrübəsində isə 2003-cü ilin tənəzzülü var.

İsa Qəmbərin gedişindən sonra partiya parçalanıb. Rusiyanın hazırda iqtidara təzyiq etmək üçün alternatvi Milli Şura və onun ətrafında olanlardır. Təbii ki, xalq Milli Şura kimi avantürist təşkilata inanmır, həmçinin iqtidarın apardığı siyasətdən narazıdır. Xalq artıq yeni siysasi dəyişilklər istəyir. Ölkədə normal siyasi fəaliyyətin bərpa olunmasında maraqlıdır. 2018-i yeni dəyişiliklər ili elan edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev bu yeniliklərə imza atacaq siyasi prosesləri arxasınca aparacaq gücdədir”.

M.Əsədullazadə bildirib ki,  AXCP hazırda siyasi proseslərdə avanqard partiyadır: "Xalqın inam və etimadını qazanıb. 2018-ci il ölkəmizdə siyasi gücün mərkəzi AXCP olacaq. Partiya sədrinin apardığı siyasət ölkədə siyasi birləşməyə və xalqın etimadını qazanmağa xidmət edir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları