Yuxarı

Sorosun maliyyə dayaqları laxlayır

Sorosun maliyyə dayaqları laxlayır

Son günlər yəhudi əsilli amerikalı milyarder Corc Sorosla bağlı qalmaqallar bitmir.Ötən gün ABŞ Federal Ehtiyatlar Sistemi (Federal Reserve System, FED) rəhbərinin müavini Stenli Fişerin istefa verməsi də Corc Sorosla əlaqələndirildi. Belə ki, "inqilab kralı”nın ABŞ prezidenti Donald Trampla fərqli düşüncələrdə olduğu sirr deyil. Hələ ABŞ-da keçirilən prezident seçkiləri zamanı Sorosu Trampın rəqibi Hillari Klintona açıq şəkildə dəstək verdi. 

Ancaq ekspertlər hesab edir ki, Trampla Sorosun düşmənçiliyi xeyli öncələrdən başlayıb.İstefanın kökündə dayanan məsələ Fişerin Sorosun kadrı olmasıdır.Təbii ki, bu deyilənlər hələ təsdiqini tapmayıb və iddia olaraq qalır.Nəzərə almaq lazımdır ki, bu günə qədər Tramp administrasiyasından kifayət qədər yüksək vəzifəli şəxs istefa verib. FED rəhbərlərinin birinin istefası da məhz bu xarakterli ola bilər. Ancaq məlumdur ki, FED ABŞ prezidentinə bağlı deyil, müstəqil fəaliyyət göstərən qurumdur. Bütün bu məsələlər gedən proseslərdə ziddiyyətlərin olduğunu göstərir.

Donald Tramp prezident seçildiyi dönəmdə Corc Soros Dovos İqtisadi Forumunda seçkilərin nəticəsini sərt şəkildə pisləmişdi. Belə ki, Soros "ABŞ diktator ola biləcək şəxsin rəhbərliyini qaldıra bilməz. Onun rəhbərliyi uzun sürməyəcək.Trampın prezidentliyi dönəmində ABŞ uzunmüddətli yatırımlar üçün heç də əlverişli ölkə olmayacaq.Dünyanın iqtisadiyyat hegemonu Çin bu sahədə ABŞ-ı daha da üstələyəcək”, şəklində açıqlamalar vermişdi.

Digər tərəfdən Böyük Britaniyanın baş naziri Tereza Meyin Brexit qərarının da iqtisadi tənəzüllə yol açacağını əlavə etmişdi.Bütün bu deyilənləri diqqətə alsaq, ABŞ və Britaniya xüsusi xidmət orqanlarının Sorosa qarşı birgə fəaliyyətə keçdiyini də ehtimal etmək olar.Bütün hallarda bu gün ABŞ siyasi elitasının hədəflərindən biri və bəlkə də birincisi məhz 
Corc Sorosdur.

"Sorosun maliyyə imperiyası laxlayır”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, FES yetkilisinin istefasının Sorosla Tramp arasında gedən qalmaqalla bağlı olduğu şübhə doğurmur:

"Çünki vitse-prezident Sorosun adamıdı və Soros da seçkilərdə demokratların namizədi Hillari Klintonu maliyyələşdirib. Əslində  Trampla Sorosun soyuq münasibətləri də məhz buradan qaynaqlanır. Təbii ki,Tramp dünya maliyyə sisteminin idarə edilməsi mərkəzində Sorosun adamının olmasını qəbul edə bilməz. Hazırda Sorosa qarşı petisiya davam edir.Onu ABŞ demokratiyasını sarsıtmaqda və bir sıra cinayətlərdə ittiham edirlər.Əgər bu petisiya qəbul edilərsə, hüquqi prosedur başlayarsa, Soros görünməmiş maliyyə fırıldağı və digər ağır maddələrlə ittiham oluna bilər.Bu da Sorosun məhkəmə qarşısına çıxmasına səbəb olacaq.Əslində gedən proseslər onu göstərir ki, Corc Sorosun uzun illər qurduğu maliyyə imperiyası artıq laxlayır.Hesab edirəm ki, bu məsələdə Trampın da danılmaz xidmətləri var. Tramp hal-hazırda impiçment təhlükəsi ilə üz-üzədir.Əminəm ki, Trampın impiçment məsələsinin tezləşdirilməsi üçün Soros əlindən gələni edir. Tramp da bu ehtimalları və təhlükəni birdəfəlik dəf etmək üçün Sorosu sıradan çıxarmaq niyyətindədir. Bunun üçün ən optimal yol Sorosun maliyyə sistemində olan dayaqlarını neytrallaşdırmaqdır.ABŞ prezidenti də məhz bu yolu seçib”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları