Yuxarı

AXCP sədri: "...Fəlakəti yaradanlar hələ də vəzifə başındadır"

AXCP sədri:

"Heç kimə sirr deyil ki, səlahiyyət sahibləri dövlət imkanlarından istifadə edərək qanunsuz şəkildə varlanıblar". 

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. 

Partiya sədri vəzifəlilərin sahibkarlıq fəaliyyəti haqqında da yazıb:

"Beynəlxalq Bankla bağlı məsələlər buna əyani sübutdur. Virtualaz saytının yaydığı məlumatdan aydın olur ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyub.

Azərbaycanın əhalisinin çox hissəsi devalvasiyadan əvvəl inşaat sektorunda çalışırdı. Baş bankir də öz ölkəsindən pulu çıxarıb başqa ölkəyə qoyur. Bu elə bir biabırçılıq və elə bir hərəkətdir ki, şayiə olması belə adamın karyerasına son verər”.

"Hökumətin idarəedilməsi mexanizmi təkmilləşdirilməlidir”

AXCP sədrinin sözlərinə görə,  manatın devalvasiya olunması seçilmiş adamlara məlum idi və onlar bu fürsətdən istifadə edib milyardlar qazandılar: "Onlar milyardlar qazandı, amma yüz minlərlə vətəndaş bankların grivuna çevrildi və bu gün də fəlakət davam edir.

Davam da edəcək, çünki, fəlakəti yaradanlar hələ də vəzifə başındadır. Yeni yaradılan qurumlar da işə yaraya bilmir. Səbəb isə, vəzifə və səlahiyyətlərin düzgün bölüşdürülməməsidir. Uğurlu yol, tez bir zamanda, gecikdirmədən siyasi islahatların aparılması və hökumətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsidir. Danışılır, deyilir, vəd verilir. Hələ ki, ciddi nəticə və hərəkət yoxdur”.






Həftənin ən çox oxunanları