Yuxarı

Milli Şurada Cahangir Hacıyev, Eldar Mahmudov, Surət Hüseynov dinləmələri...

Milli Şurada Cahangir Hacıyev, Eldar Mahmudov, Surət Hüseynov dinləmələri...

"Krışa” axtarışı sırasında korrupsionerlər də var

Milli Şura ətrafında maraqlı proseslər müşahidə olunur. Xalqın və real güclərin dəstəyi olmasa da, qurumun yiyələri onu yenidən seçki blokuna çevirmək istəyirlər. Ona görə də MŞ-də təmsil olunanların əsas işi müxtəlif adamlar və qruplarla əlaqəyə girməkdir. Xüsusən də zəngin iş adamları və hakimiyyətin sıralarından dışlanmış korrupsioner oliqarxlarla əlaqə qurmaq əsas hədəf kimi nəzərdə tutulub. 

Şuranın əsas aparıcısı, "Yurd” təşkilatının sədri Əli Kərimli artıq bununla əlaqədar bir sıra şəxslərlə təmaslar qurmağa başlayıb. Şura yetkililərinin üz tutduğu ilk şəxs Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri, sözügedən bankın milyonlarla manat vəsaitini mənimsəməkdə ittiham olunan Cahangir Hacıyevdir. Sosial şəbəkələrdə C.Hacıyevə dəstək kampaniyasına start verən Milli Şura yetkililəri bir müddətdir korrupsioner "bankir”in "karsa” salındığını bildirərək, hər kəsi ona dəstək verməyə çağırıb. Hakimiyyəti Cahangir Hacıyevlə "faşist” kimi davranmaqda ittiham edən şuraçılar, eyni zamanda onun həbsinin yalnış olduğunu bildirirlər.

Korrupsioner "bankir” planda

Məlumdur ki, Cahangir Hacıyev dövlət tərəfindən Beynəlxalq Banka ayrılan milyonlarla manat vəsaiti mənimsəyərək bir sıra kanallar vasitəsilə Avropadakı offşor zonalara yönəltməkdə ittiham olunur. İttihamlara hüquqi qiymət verilib və  sabiq bankirə hökm oxunsa da, onun mənimsədiyi pulların hələ də yönəltdiyi mənbələrdə qaldığı deyilir. Həbsindən sonra hakimiyyətə qarşı müxalif mövqeyə keçən Cahangir Hacıyev bununla ənənəvi müxalifətin radikal hesab olunan qanadının diqqət mərkəzinə düşdü. Beləliklə, indiki məqamda "bankirin” adının Milli Şura ilə birgə hallandırılması da təsadüfi deyil. Hesab etmək olar ki, "Yurd” sədri və Milli Şura seçkilərdən müəyyən qazancla çıxmaq üçün Cahangir Hacıyev və hakimiyyətdən dışlanmış digər oliqarxların kapitallarına arxalanmağa çalışacaq.

Eks-spikerin fəallaşmasının pərdəarxası

Cahangir Hacıyev ətrafında yeni gəlişmələrin baş verdiyi bu günlərdə Azərbaycan parlamentinin ABŞ-da yaşayan keçmiş sədri Rəsul Quliyev də fəallaşıb. Artıq seçkilərə qatılacağını indidən bəyan edən eks-spikerin vaxtilə məsafə baxımından radikal mövqedə dayandığı "Yurd” və Milli Şura düşərgələrinə münasibətində loyallıq müşahidə olunmağa başlayıb. Son zamanlarda hər iki tərəfin hakimiyyətin bəlli zümrələrini hədəf aldıqları da diqqətdən qaçmır. Söhbət Milli Şura ilə hazırlanan və Rəsul Quliyevin də daxil olacağı yeni seçki planından gedir. Bununla əlaqədar Rəsul Quliyevlə "Yurd” və Milli Şura rəhbərləri arasında müəyyən vasitəçilərin də çalışdığı deyilir. Şuranın 23 sentyabr mitinqinə Rəsul Quliyevin adamlarının da dəstək verməsi bu baxımdan təsadüfi sayılmır. 

Gələn məlumatlara görə, Milli Şura məsələni təkcə Rəsul Quliyev və Cahangir Hacıyevlə məhdudlaşdırmaq istəmir. Nə qədər inandırıcı görünməsə də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş başçısı Eldar Mahmudov və son zamanlarda hakimiyyətlə münasibətləri qaydasında olmayan keçmiş nəqliyyat naziri Ziya Məmmədovun da adları müəyyən səviyyələrdə bu məsələdə hallandırılır. Keçmiş nazirlərlə hansısa razılaşmanın əldə edilməsi barədə bir məlumat olmasa da Milli Şuranı aktivləşdirmək istəyən qüvvələrin onlarla təmaslara keçməyə çalışdıqları ehtimal olunur. Ehtimala görə, hakimiyyətdən dışlanmış oliqarxlarla özünü gücləndirməyə çalışan Milli Şura həmçinin Məmmədov və Mahmudovla da yox, son zamanlarda aktiv fəaliyyəti ilə tez-tez gündəmə gələn keçmiş "qiyamçı” baş nazir Surət Hüseynovu da sıralarına qatmaq niyyətindədir. Adları naməlum olsa da, siyahıda digər keçmiş dövlət adamlarının adlarının olduğu da deyilir.

Şuraya "süni nəfəs” verən güc

Bütün seçkilərdə xarici siyasi dairələrə və siyasi dəyişiklik məsələlərində "ideoloq” sayılan güclü dövlətlərə arxalanan ənənəvi müxalifət uzun müddət idi ki, ənənəvi olaraq dəstək aldığı güclərin yardımından məhrum idi. ABŞ və Avropanın siyasi dairələrinin imtina etdiyi ənənəvi düşərgə buna görə də Milli Şura proyektinə Rusiyada dəstək axtardı. Rusiyada yaşayan azərbaycanlı milyarderlərin qurduqları "Milyarderlər İttifaqı” şura üçün spekulyator olsa da, layihə fiaskoya uğradı. Hazırkı situasiyada parçalanmış halda olan ittifaqın Milli Şuraya o qədər də önəm vermədiyi görünür. Elə həmin il müəyyən müddət üçün nəzərdə tutulmuş bu layihədən imtina etdi. Beləliklə, Qərbdəki dəstəyi itirən və Rusiyanın da hələ ki, konkret dəstəyini hiss etməyən bu adamlar özlərinə hökumət daxilindən keçmiş və indiki oliqarxların timsalında qəyyum axtarmağa başladılar. İndiki vəziyyətdə də yaranan ehtimal budur ki, Rəsul Quliyevlə başlanan fəallığın Milli Şurayadək uzanması diqqəti həmin mərkəzə çevirir.

Başqa sözlə, görünən budur ki, öz azsaylı elektoratına güvənməyən ənənəvi müxalifət təmsilçiləri ən azından müəyyən qazanc üçün keçmiş dövlət adamlarının kapitallarından dayaq nöqtəsi kimi istifadə etməyə cəhd edəcək.

Mənsur





Həftənin ən çox oxunanları