Yuxarı

Mehriban Sadıqova AXCP sədrinin müşaviri təyin edilib

Mehriban Sadıqova AXCP sədrinin müşaviri təyin edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Mehriban Sadıqova partiya sədrinin müşaviri təyin edilib. 

Cebhe.info xəbər verir ki, bu barədə AXCP sədri razi Nurullayev özünün facebook səhifəsində yazıb:

"Bizim gözəl, dəyərli və hörmətli Mehriban xanım Sadiqovanı təhsil üzrə müşavirim təyin etdim. Mehriban xanım neçə illərdir ki, təhsil sahəsində çalışır və inanıram ki, fikirləri və təklifləri ilə daim gündəmdə olacaq. Təhsilsiz ölkə, savadsız xalq dənizdə üzən yelkənsiz və müasir dövrümüzlə anlaşılan dildə desək, naviqatorsuz gəmidir. İnşallah, Mehriban xanım təhsil sahəsində partiyamızın konsepsiyasının da hazırlanmasında yaxından iştirak edəcək”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları