Yuxarı

“Azərbaycan hökuməti Kremldən qorxur”

“Azərbaycan hökuməti Kremldən qorxur”

[caption id="attachment_854" align="alignleft" width="325"]Natig Ceferli Natiq Cəfərli: “Türkiyə ilə hərbi-strateji ittifaq müqaviləsi bağlanmalı, Türkiyə ordusu rəsmən Azərbaycana dəvət edilməli, Naxçıvan və Qarabağa yaxın ərazilərdə yerləşdirilməlidir”[/caption] “Real” Hərəkatının icra katibi Natiq Cəfərli Rusiyanın İŞİD-in Suriyadakı mövqelərinə qarşı hərbi əməliyyatlara başlamasından danışıb. Rusiyanın heç vaxt öz keçmişindən nəticə çıxartmadığını deyən N. Cəfərlinin sözlərinə görə, Rusiyada tarix boyu “tək adam”, və ya, “tək adamlar” rejimləri olub, hakimiyyətin qolları, vətəndaş cəmiyyəti, elmi və akademik çevrələr institutlaşmayıb, səhvlərin və nəticə çıxardılmamağının ən böyük səbəbi də budur:   “Putin Rusiyası tarixinin ən ağır dönəmlərindən birini yaşayır. Son 1 ildə ölkənin valyuta ehtiyatları 160 mlrd. dollar azalıb, ÜDM bu il 5%-ə yaxın azalacaq, insanların real gəlirlərində ciddi azalma var, iqtisadi aktivlik minimum səviyyəyə düşüb, təqaüdlərin indeksləşməsi dayandırılıb, tək polisdə 110 min ixtisar olub, iş yerləri qapanır, gəlirlər azalır. Bütün bu problemlərlə məşğul olmaq əvəzinə Putin Suriyaya girdi, Bəşər Əsədi müdafiə etməyə qalxdı. Tarix fars şəklində təkaralanır, Rusiya SSRİ-nin 1979-cu ilin dekabrına qayıdır, SSRİ Əfqanıstanda necə batdısa, Rusiya da Suriyada batacaq”. Natiq Cəfərli bildirib ki, Rusiyanın bu addımı ciddi strateji səhvdir, Kreml hüquqi əsas kimi Əsədin müraciətini, Suriya ilə Rusiya arasında olan müqaviləni göstərir: “Lap yaxşı, sabah Ukrayna və Gürcüstan ABŞ-la müqavilə bağlayacaq, həmin ölkələrin rəhbərləri ABŞ-a rəsmi müraciət edib, hərbi kömək istəyəcək və ABŞ quşunları tam leqal və qanuni şəkildə Gürcüstana və Ukraynaya girəcək. Rusiya Suriyaya girməklə, bu məsələyə qapı açdı, daha heç bir arqumentlə ABŞ qoşunlarının Ukrayna və Gürcüstana girməsinə mane ola bilməyəcəklər. Rusiyanın Əsəd bataqlığı hər gün Kremlə 50-60 mln. dollara başa gələcək, aya 1,5 mlrd. dollar, ilə 18 mlrd. dollar, hələ mən “yük 200”-lərin, dəmir tabutların, əsgər meyitlərinin Rusiyaya gələndən sonra yaranacaq xalq qəzəbini demirəm, bir sözlə, Rusiya özünü cəhənnəmin tam ortasına atdı. kreml

“Məlumdur ki, cəhənnəmə gedən həmişə özünə yoldaş axtarır, təəssüf ki, bizim hökumət cəhənnəmə gedənə yoldaşlıq etmək istəyir, bu çox təhlükəli məsələdir. Rusiyanın Əsəd sevdası Türkiyə ilə münasibətləri minimuma endirdi, “Cənub Axını” layihəsi belə dayandı. İndi əgər biz Rusiya uçaqlarına Suriyaya getmək üçün koridor versək, Kremlin yanında dursaq, Qərb bir yana, Türkiyə ilə də münasibətlərimiz korlanacaq. Anlayıram ki, bizim hökumət Kremldən qorxur, qorxmağa haqqı da var, Şimal Ayısı özünü çox aqressiv aparır. Amma indi unukal şans da yaranıb: Kremlin Suriyaya girmək üçün hüquqi əsaslardan biz də istifadə etməliyik – dərhal Türkiyə ilə hərbi-strateji ittifaq müqaviləsi bağlanmalı, Türkiyə ordusu rəsmən Azərbaycana dəvət edilməli, Naxçıvan və Qarabağa yaxın ərazilərdə yerləşdirilməlidir! Daha sonra həmən ABŞ-la da buna bənzər müqavilə bağlanmalıdır, Rusiyanın indiki başını itirmiş dövründə maksimal ayıq, ağıllı, rasional olmalıyıq, özümüz, dövlətimiz, dövlətçiliyimiz üçün unikal şans yaranıb ki, Kreml qorxusundan azad olaq, sadəcə Rusiyanın hakimiyyətin içindəki “5-ci kolonu” buna imkan verəcəkmi? Əsas məsələ budur”, - deyə Natiq Cəfərli qeyd edib.

Əfqan





Həftənin ən çox oxunanları