Yuxarı

Helsinki Komissiyası Qarabağı "tanımadı”

Helsinki Komissiyası Qarabağı

ABŞ-ın Helsinki Komissiyası Dağlıq Qarabağla bağlı daha bir təhrif olunmuş məlumat yayıb.

Cebhe.info xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından bəhs edən məlumatda Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi yox, nə qədər qəribə səslənsə də Cənubi Qafqazın regionu kimi təqdim edilir.

Məqalədə belə yazılır: "Cənubi Qafqazda yerləşən mübahisəli Dağlıq Qarabağ regionu ötən il son 20 ildə zorakılığın ən pis "partlayışını” nümayiş etdirib. 2016-cı ilin aprelində baş verən, 4 günlük müharibə 200 nəfərin həyatını itirməsinə, mübahisələrin yaranmasına səbəb olub. 1994-cü ildən etibarən atəşkəs elan olunsa da, bu dondurulmuş konflikt hesab edilir. Atəşkəs elan olunmasına baxmayaraq, il ərzində təmas xəttində atışmaların olduğu müşahidə edilib. İstənilən risk regional oyunçular olan Rusiya, Türkiyə və İran tərəfindən çizilən konfliktin daha da artması ilə nəticələnir.

1997-ci ildən etibarən ABŞ, Fransa, Rusiyanın ATƏT-in Minsk qrupunun Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında təmsil olunan nümayəndələri var. Onlar dövlətlərarası mexanizmləri hazırlamaq, mübahisəli məsələləri müzakirə yolu ilə həll etməyə çalışır. Dağlıq Qarabağda atəşkəsin qorunması Minsk qrupu üçün də kövrək məsələdir. ABŞ-ın Helsinki Komissiyasında iki eks- həmsədr ev sahibliyi edəcək. Hansı ki, onlar Dağlıq Qarabağ münaqişəsinin mövcud vəziyyəti, Minsk qrupu formatı və davamlı sülhün əldə olunması perspektivlərini qiymətləndirmək üçün münaqişə üzrə müstəqil ekspertlər hesab olunur”.

Helsinki Komissiyasının həmsədri Kris Smitin (Chris Smith) Azərbaycana qarşı birtərəfli mövqeyini nəzərə alsaq, sözügedən məqalədə yazılanlara təəccüblənməyə dəyməz. Komissiyanın Azərbaycanla bağlı mövqeyi ortadadır və əlavə şərhə ehtiyac yoxdur.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları