Yuxarı

Ağ Ev Ankarayla şərt dilində danışdı... cavabını da aldı

Ağ Ev Ankarayla şərt dilində danışdı... cavabını da aldı

Amerika Birləşmiş Ştatları ilə Türkiyə arasında viza böhranının həlli ilə bağlı irəli sürülən şərtlər açıqlanıb. Şərtlərə görə ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzla bağlı təmasın saxlanılması davam etdirilməli, Metin Topuz və Mete C. ilə bağlı dəlil-sübutlar təqdim edilməli, ABŞ-ın diplomatik nümayəndəliklərində işləyənlər haqqında istintaqa dair məlumat Vaşinqtona verilməli, təmasların ABŞ-ın istəyi ilə olub-olmadığı öyrənilməlidir. Türkiyə tərəfi ABŞ-ın şərtlərinə cavab olaraq bildirib: "Ön şərtləri qəbul etmirik. ABŞ-la danışıqlara ön şərtsiz başlamaq lazımdır”.Qeyd edək ki, oktyabrın 18-də ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə Türkiyə təmsilçiləri arasında viza böhranı müzakirə ediləcək.Türkiyə bu şərtlərə əməl edəcəkmi?

Qeyd edək ki, ABŞ-ın Türkiyəyə qarşı viza üçün müraciətləri dondurma qərarının 3 günlük tətil olan Kolumb Gününə düşməsi, böhranın öncədən planlaşdırıldığı haqda müzakirələrə səbəb olmuşdu. ABŞ-ın İstanbul baş konsulluğunda çalışan Türkiyə vətəndaşı Mətin Topuzun FETÖ işində casusluq iddiası ilə həbs olunmasından 4 gün sonra, Birləşmiş Ştatların viza xidmətlərini dayandırmaq qərarına Ankaranın da oxşar cavab verməsiylə münasibətlər daha da gərginləşib.Maraqlıdır, Türkiyə ABŞ-ın açıqladığı şərtlərə əməl edəcəkmi?

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında ABŞ-ın şərtlərinin hüquq çərçivəsində olduğunu deyib:

"Türkiyənin ABŞ konsulluğunun işçisi Metin Topuzu FETÖ işinə görə həbs etməsi, Vaşinqtonla siyasi böhrana səbəb oldu. ABŞ-ın Türkiyəyə qarşı şərtləri hüquqi çərçivədədir.Çünki, konsulluq işçisi ABŞ diplomatiyasını təmsil edir.Ona qarşı səslənən ittihamlar ciddidir.Birbaşa ABŞ-ın xarici siyasəti üçün ciddi ittiham olar.Viza problemi və siyasi böhranın aradan qaldırılması istiqamətində ABŞ nümayəndə heyətinin Ankara ilə danışıqlar aparması, iki ölkə arasında müəyyən suallara aydınlıq gətirəcək.Hesab edirəm ki, Topuz haqqında lazımi sübutlar təqdim edilərsə, ABŞ proseslərə qarışmaya bilər.Amma sübutlar təqdim edilməsə, Türkiyə ABŞ-ın şərtlərini qəbul etməsə, iki ölkə arasında siyasi böhran dərinləşəcək.Türkiyə hakimiyyəti ön şərtlər deyərkən, ilk növbədə sübutları ortaya qoymalıdır.ABŞ böhran aradan qalxmayınca viza rejimini aradan götürməyəcək, həmçinin Türkiyəyə qarşı Suriya ərazisində fəaliyyəti davam edəcək.Qeyd edim ki, iki ölkə mütləq problemlərə son verib, danışıqlar masasında ortaq məxrəcə gəlməlidir.Artıq ABŞ-Türkiyə müttəfiqliyi demək olar ki, yoxdur.İki ölkə Yaxın Şərqdə ciddi rəqibə çevrilib. Türkiyə ABŞ-a qarşı bu siyasətini davam etdirərsə, ABŞ-ın Türkiyə əleyhinə çox ciddi təzyiqləri ola bilər. Bu özünü PKK və PYD tərəfindən göstərməklə, Türkiyədə terrorun davam etməsinə yol açar.Bir diplomata görə, yaxud FETÖ işinə görə əlaqələrin kəsilməsi iki ölkənin də strateji maraqlarına ziddir.Hər halda Türkiyənin ABŞ-la sonda razılığa gələcəyini istisna etmirəm”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları