Yuxarı

Əli Kərimlinin pulla ölçdüyü insan həyatı

Əli Kərimlinin pulla ölçdüyü insan həyatı

"Yurd” sədri üçün radikalizmdən gələn təhlükə də "toy-bayramdır”

Milli Şura və "Yurd” təşkilatı 28 oktyabr mitinqi üçün söyüşlü təbliğatı davam etdirir. İnsanları söyüş və təhqirlərlə meydana cəlb etməyə çalışan şura üzvləri və "yurd”çular bunun üçün digər vasitələrə də al atırlar. Milli Şura adına keçirilmiş son 2 mitinq kimi ayın 28-nə planlaşdırılan növbəti mitinq eyni metodlar və məqamlarla yaddaşlara həkk olunur. Bu məqamlar, xüsusilə də mitinqlər üçün seçilmiş təbliğat vasitələrində özünü göstərdi. 

"Yurd”un bu kampaniyaları real müxalifət kimi xalqın da onu qəbul etmədiyinin, ən kritik məqamda belə Əli Kərimli ilə birgə olmaq istəməməsinin bariz nümunəsinə çevrildi. Çünki hər kəs bilir ki, bu imitasiyadır və şəxsi qazanca, marağa hesablanmış gedişlərdən biridir. Bu hal özünü daha çox mitinqlərin gedişində sübut etdi. Mitinqlərin heç birində nə "Yurd”un hakimiyyətə olan iddiası gündəmə gəldi, nə də müxalifəti təmsil edən siyasi partiyalara dəstək üçün müraciət edildi. Əksinə, hər zaman olduğu kimi real və hakimiyyət istəyən müxalifətə qarşı müxalifətçilik iddiasında olan "Yurd” sədri Əli Kərimli açıq formada bütün müxalifəti satqınlıqda, Milli Şuranı yarıyolda qoymaqda ittiham etdi. Daha dəqiq ifadə etsək, hamını özü kimi bildi...

Hər şeyə qarşı etiraz

Əli Kərimlinin hətta milli dəyərlərə qarşı da etirazçı mövqedə dayandığı hər kəsə bəllidir. Bir neçə gün öncə Dövlət Təhlükəsizlik Xidməti (DTX) Bakıda terror aktı həyata keçirməyi planlaşdıran radikal qruplaşma üzvlərini zərərsizləşdirəndə Əli Kərimli ölkə üçün heç bir təhlükənin olmadığını dedi. Halbuki bütün xarici KİV-lər, hətta ölkənin təhlükəsizlik strukturları Azərbaycana qarşı artan təhdidlərdən danışırlar. Eyni zamanda, zərərsizləşdirilən radikal dini qruplaşmanın məhz Əli Kərimlinin azsaylı mitinqində də terror törədəcəyi rəsmi şəkildə bildirilirdi. Əli Kərimli isə bütün diqqəti bu terrorçu dini qruplaşmadan yayındırmağa çalışaraq,  xislətinə uyğun formada bir arxayınlıq içindədir. Əlbəttə, "Yurd” sədrinin nəinki ölkə üçün, hətta öz dostları üçün də radikalizmlə gələn təhlükəyə sevincək formada arxayın dayanması anlaşılandır. Çünki demokratların dəstəyindən çoxdan məhrum olan Əli Kərimli üçün radikal dini qruplaşmların fəallaşması və terror aktları törətməsi son çıxış yoludur. Nardaran hadisələri zamanı onun öz adamları vasitəsilə cəmiyyəti təxribata çəkmək üçün əl atdığı üsullar da unudulmayacaq qədər yaxın tarixdir. Üstəgəl, bundan sonra və əvvəl də öz elektoratını radikallardan formalaşdırmağa başlamışdı.

Pulla ölçülən qiymət

Əli Kərimli bəlli bir düşərgənin hər şeyə etiraz edən qanadını təşkil edən qrupa başçılıq edir. Onun fikrincə, bu qrupdan olmayan və bu qrupa aid olmayan hər kəsə, hər şeyə etiraz etmək lazımdır. Ona görə də "Yurd”u heç bir halda təşkilat, Əli Kərimlini müxalif siyasətçi kimi qəbul etməyən cəmiyyətin böyük əksəriyyətinə o,  etiraz edir, başqalarının dilləri ilə söyür, təhqir etdirir. Əlinin altında olanlara da hörmət qoymur. Yaxınındakı adamlar və başçılıq etdiyi qrupun üzvlərinin əksəriyyəti Əli Kərimli üçün muzdla (bəzən də muzdsuz) çalışan "əsgərlərdir”. Həmin "əsgərlər” ki, onları öz bağ evində də işlədir, avtomobilini də yuduzdurur. Hesab etmək olardı ki, bu, bir əqidə adamına olan sayğıdır. Lakin belə deyil. Əli Kərimlinin əqidə adamı olmadığı uzun illər kürsüsünü işğal etdiyi AXCP-nin qurucusu və lideri, mərhum Əbülfəz Elçibəyə qarşı hörmətsiz davranşlardan həzz almasından bəllidir. "Demokrat libası” altından geyindiyi "kommunist şineli” ilə Xalq Cəbhəsi daxilində separatçılıq edib, "yurd”çular vasitəsilə Elçibəy hakimiyyətinə qarşı müxalifətdə dayananlara dəstək verəndə də Əli Kərimli əqidə adamı deyildi. Əli Kərimlinin bir əqidəsi var: pul... 

O, pul olan hər yerdə var. Elə bu rəngli kağızlara görə hər şeyə etiraz edir. Onun etdiyi hər etirazın maddiyyatla ölçülən bir qiyməti var.

Mənsur





Həftənin ən çox oxunanları