Yuxarı

Milli Məclis qalmaqallı qanun layihəsini qəbul etdi

Milli Məclis qalmaqallı qanun layihəsini qəbul etdi

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin (MM) keçirilən plenar iclasında "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihələri müzakirəyə çıxarılıb. 

Cebhe.info xəbər verir ki, bu qanun layihəsinə edilən dəyişikliklər Nümayəndəlik institunun ləğvini nəzərdə tutur. 

Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Layihəyə əsasən, kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək. Bu layihənin müzakirəsi deputatlar arasında ciddi fikir ayrılığına səbəb olub. 

Müzakirələr zamanı çıxış edən deputat Zahid Oruc və Fazil Mustafa bu dəyişiklərin əleyhinə səs verəcəklərini açıqlayıb. Digər çıxış edən Milli Məclisin üzvü Elşən Musayev dəyişikliklərdən müəyyən qədər narazı olduğunu bildirsə də, təklif olunan dəyişikliyin qəbul edilməsi üçün səs verəcəyini deyib. Çıxış edən deputat Siyavuş Novruzov isə dəyişikliyin Azərbaycan xalqının rifahı üçün qəbul olacağını qeyd edib. Deputat həmçinin bu qanunun qəbulunun vəkillik institunun inkişafına şərait yaradacağını deyib və qanun leyhinə səs verəcəyini açıqlayıb. Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov isə məsələni siyasiləşdirməyə ehtiyac olmadığını deyib. V.Ələsgərov həmçinin vəkillik institutunun inkişafına məhz nümayəndəlik institunun maneə olduğunu və ona görə də bu qanun layihəsinə səs verilməli olduğunu bildirib. Deputat Musa Quliyev də müzakirə olunan məsələlərin vacib olduğunu və bu layihənin leyhinə səs verəcəyini açıqlayıb. Deputat Çingiz Qənizədə də nümayəndəlik institunun ləğvinə etiraz edib. Ç.Qənazədə hesab edir ki, bir iki problemə görə bu institutu birdəfəlik ləğv etmək olmaz. Çingiz Qənizədə bu layihənin qəbul edilməsinin xaos yaradacağını deyib və deputalarla bu layihənin qəbulu üçün tələsməməyi təklif edib. Qənirə Paşayeva isə deyib ki, nümayəndəlik institutularının ləğv olunması belə vacibdirsə, bunula yanaşı vəkillərin sayının ciddi şəkildə artırılması prosesi də aparılmalıdır. Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov da bu qanunun qəbuluna tərəfdar olub. Sonda təklif olunan hər üçün dəyişiklik səs qoyularaq qəbul edilib. 

Vilayət Muxtar 





Həftənin ən çox oxunanları