Yuxarı

Əli Kərimlinin milyonluq "məişət qayığıları”

Əli Kərimlinin milyonluq

"Yurd” sədrinin dəbdəbəli həyatı qazancı ilə uyuşmur

"Yurd” təşkilatının Ali Məclisinin sədri Nurəddin Məmmədli sözügedən qurumun sədri Əli Kərimlinin "məişət qayğıları”ndan danışıb. O, Əli Kərimlinin var-dövlətinin və əmlaklarının olmadığını iddia edib: "Əli Kərimli 4 dəfə Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan hökumətini udub, indi də hökumətin verdiyi cərimə ilə dolanır, başqa gəlir yeri yoxdur. Əli bəyin rayonda, şəhərdə, hazırda yaşadığı mənzilindən başqa malı, mülkü yoxdur. 

Bir qədər torpaq sahəsi var, ehtiyac üzündən dəfələrlə satmaq istəyib, amma sənədləri təqdim edəndə məlum olub ki, bu torpağın satılmasına qadağa qoyulub. Əli bəyin heç bir obyekti, maddi vəsaiti, gəliri yoxdur”. Nurəddin Məmmədli təmsil etdiyi təşkilatın maliyyələşməsindən də danışıb: "Təşkilat ianələr və üzvlük haqları əsasında fəaliyyət göstərir və bu barədə hesabat təqdim edir”.

Əli Kərimlinin "məişət qayğıları”

Qeyd edək ki, hələ bir müddət əvvəl Əli Kərimlinin özü də Feysbuk səhifəsindəki paylaşımında yaşayışı haqqında məlumat vermişdi. Məlum çıxışında o, Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycan hakimiyyətinə kəsdiyi pul cəzaları və İngiltərədə yaşayan oğlu Türkel Kərimlinin göndərdiyi pullar hesabına məişət problemlərini həll etdiyini demişdi. 
Bu məsələ dəfələrlə özü və müavinləri tərəfindən gündəmə gətirilib. Lakin bu iddiaların heç birinin əsl həqiqəti əks etdirmədiyini, Əli Kərimlinin özü üçün apardığı bu kampaniyanın "real müxalifət” kimi hakimiyyətin təzyiqləri nəticəsində ağır məhrumiyyətlər içində yaşamağa məcbur olan "məzlum obrazı” yaratmaq səyləri olduğunu ölkədə bilməyən adam yoxdur. "Yurd” sədrinin imitasiya etdiyi və bu şəxsin müxalifətə heç bir aidiyyatının olmadığı da bilinən məsələdir. Ölkənin ən böhranlı dönəmlərində müxalifəti təmsil edən siyasi partiyalar birləşib hakimiyyətə həll paketləri təqdim etdiyi vaxtlarda da Əli Kərimli xalqın deyil, yalnız öz "sosial problemlərindən” bəhs edən sicilləmə yazılarla, özünün "əzabkeş” obrazını yaratmağa çalışıb.

"Mühacir biznesi” və hakimiyyətlə işbirliyi

Şübhəsiz ki, Əli Kərimli oğlu Türkel Kərimlinin göndərdiyi 5-10 manata və ara-sıra Azərbaycan hökumətini yadına salan Avropa Məhkəməsinin kəsəcəyi cərimələrə möhtac deyil. Həmin pullar özünü ayrı, Bakının mərkəzindəki bahalı mənzilini ayrı, dəniz kənarındakı nəhəng malikanəsini ayrı qoruyan mühafizəçilərinin maaşını verməyə və bahalı avtomobilinin xərclərini qarşılamağa belə bəs etməz. Əlbəttə, o, bu bahalı həyatı qurmaq üçün çoxşaxəli pul mənbələrinə malikdir. 

Məsələn, Əli Kərimliyə əsas gəlir gətirən sahə "mühacir biznesi”dir. Onun saxta arayışlarla "mühacir” qismində Avropa ölkələrinə göndərdiyi adamların sayı-hesabı yoxdur. Hər arayışın da 3-5 min avro arasında dəyişən qiyməti var. Onun bu çirkli biznesinin Avropadakı "koordinatoru” Fikrət Hüseynli də bu yaxınlarda Ukraynada həbs edildi. Digər tərəfdən hökumətdəki bəzi qüvvələrlə işləyən Əli Kərimli buradan da kifayət qədər qazanır. Milli Şura adına keçirdiyi mitinqlərdə də həmin qrupun maraqlarını ifadə edən məsələləri gündəmə gətirir. Bu, mitinqlər eyni zamanda, Avropadan sığınacaq almaq istəyənlər üçün "ideal fürsət” yaradır.

Müxalifətin satılan maraqları, səfirliklər və siyasi məhbuslar

Seçki illərində də Əli Kərimlinin qazancı kifayət qədər yüksək olur. Hər seçkidə ona həvalə olunan müxalifəti zərərsizləşdirmək missiyasını "Yurd” sədri böyük pullar hesabına həyata keçirir. Məlumatlata görə, təkcə 2013-cü ildə keçirilən prezident seçkilərində Əli Kərimlinin qazancı 3 milyon dollara yaxın olmuşdu. Rusiyadan bu birlik üçün ayrılan pulların əsas hissəsi onun əlində cəmləşmişdi və bu vəsaitlərin böyük hissəsini mənimsədiyi üçün bundan narazı qalan bir sıra partiyalar Milli Şuradan çıxdılar. Əli Kərimlinin digər pul mənbələrinə xarici ölkələrin Azərbaycandakı səfirlikləri daxildir. Siyasi məhbus ailələri üçün səfirliklərdən ayrılan pullar bölüşdürülmək üçün "Yurd” sədrinin əlində cəmlənir. Lakin bu məsələdə öz maraqlarını öndə tutan Əli Kərimlinin həmin pulları mənimsəməsi faktı dəfələrlə mətbuat araşdırmaları ilə üzə çıxarılıb. Məsələn, Nardaran hadisələri zamanı onun həbs olunan dini radikallara görə, İrandan külli miqdarda pul aldığı iddia olunurdu. Üstəgəl, bir dönəm FETÖ ilə əməkdaşlıqdan da yaxşı qazandığı deyilir. Başqa sözlə, Əli Kərimlinin sahib olduğu ambisiya tamamilə məişət səviyyəsində olan bir məsələdir ki, o, şəxsi maraqları üçün bütün sövdələşmələrə hazırdır. 

Əfqan Ədilov





Həftənin ən çox oxunanları