Yuxarı

Ağ Evdən anlaşılmaz Qarabağ mövqeyi

Ağ Evdən anlaşılmaz Qarabağ mövqeyi

"ABŞ Ermənistan-Azərbaycan, Darlgq Qarabar münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir”.

"Cümhuriyət” qəzeti xəbər verir ki, bunu ABŞ dövlət katibi Reks Tillerson ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən illik iclasında deyib. Dövlət katibi Azərbaycan və Ermənistan prezidentlərinin keçirdikləri görüşlərin ardından danışıqların intensivləşdirilməsi və qoşunların təmas xəttində gərginliyin azaldılmasına istiqamətlənmiş öhdəliklər götürməsindən məmnunluğunu dilə gətirib: "Yalnız siyasi iradə ilə substantiv irəliləyişə nail olmaq mükündür. Bu baxımdan bu istiqamətdə prosesləri sürətləndirmək barədə dünən verilən qərarı alqışlayırıq”.

Qeyd edək ki, ATƏT-in iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da daxil olmaqla, 40-dan çox XİN başçısı iştirak edib.

Siyasi iradə anlayışı

1994-cü ildə Qırğızıstanın paytaxtı Bişkekdə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ üzərində gedən savaş dayandırıldı. Atəşkəs sazişi imzalandı və münaqişənin həlli ATƏT-in nəzdnində qurulmuş Minsk qrupuna həvalə edildi. İndi həmin tarixdən 23 il keçir. Üstəgəl, Minsk qrupu ən az 1 il ərzində problemi həll etməli idi, amma 23 ildir həllə doğru bir addım belə atılmayıb. Nə Azərbaycan Rusiya və Ermənistan tərəfindən işğal edilmiş əraziləri (Dağlıq Qarabağ və ətraf rayonlar) geri qaytara bilib, nə də qarşı tərəflər torpaqları azad etmək istəyir. Minsk qrupuna həmsədrlik edən 3 dövlət - Rusiya, ABŞ və Fransa da Ermənistanı dəstəkləyir. Rusiya ərazilərimizi işğal edib Ermənistana verib, Fransa "kiçicik bacı”sı adlandırdığı Ermənistanı qoruyur, ABŞ erməni lobbisinin təsiri altında Azərbaycan əleyhinə olan bütün addımları dəstəkləyir. 

Bu vəziyyətdə Azərbaycan çətin vəziyyətdə qalır. Qlobal siyasəti müəyyən edən bu 3 dövlətin Ermənistana barmaq silkələyərək, Azərbaycan ərazilərini geri qaytaracağı inandırıcı görünmür. Beləliklə, nə politoloqların proqnozları, nə rəsmilərin ümidverici bəyanatları, nə də digər səviyyələrdə səslənən ən pozitiv fikirlər də Qarabağ münaqişəsinin həll ediləcəyinə ümid yaratmır. Yaranmış vəziyyət o ehtimalı yaradır ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə Fransa, ABŞ və Rusiyanın müdafiə etdiyi Ermənistanın lehinə həll edilməsinə razı olmalıdır. Azərbaycan hakimiyyəti isə balanslı siyasət yürüdür. Ümidimizin hara olduğunu isə özümüz də bilmirik.

"Dünya birliyi Azərbaycana imkan vermir”

Politoloq Zaur İbrahimli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vyana danışıqları və ATƏT Nazirlər Şurasının toplantısı çərçivəsində Qarabağ nizamlanması ilə bağlı səslənən açıqlamalar və aparılan bütün müzakirələrə rəğmən Bakı ilə İrəvanın məsələyə tam fərqli baxış bucağının olduğunu bir daha nümayiş etdirdi. Politoloq qeyd edib ki, Ermənistan yenə də Azərbaycanın mövcud reallıqları, yəni status-kvonu əsas götürərək, yəni artıq geriyə dönməyin mümkün olmadığını qəbul edərək danışıqlar masasına əyləşməli olduğunu irəli sürür: 

"Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun çıxışında da əsas diqqət İrəvanınn bu qeyri-konstruktiv və işğalı faktının de-fakto tanınmasına yönəlik mövqeyinin tənqidinə yönəlmişdi. Ermənilər aşkar şəkildə, BMT Təhlükəzislik Şurasının qətnamələrini, Avropa Parlamenti, Avropa Şurasının qətnamələrini və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri, beynəlxalq hüquq prinsiplərini ayaq altına atdıqlarını sərgiləyirlər. Ermənilər elə mövqedən çxış edirlər ki, artıq onlarla müzakirə aparmağın özünün heç bir mənası qalmır. Bu baxımdan dünya birliyi, xüsusiə, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ İrəvanın bu mövqeyinə obyektiv yanaşmalı, ona münasibətdə təzyiq mexanizmlərini işə salmalıdır. Rusiyaya münasibətdə bunun şahidi oluruq. İspaniyada baş verənlərlə bağlı separatizmin qarşısının alınması üçün qətiyyətli addımlar atılır. Gürcüstana birmənalı dəstək verilir. Ermənistana münasibətdə isə ikili standartlarla yanaşma yenə ön plana çxır. Cənab Tillersona xatırlatmaq lazımdır ki, Qarabağ nizamlanmasında irəliləyişin əldə edilməsi üçün ilk növbədə ABŞ siyasi iradə nümayiş etdirməlidir və işğalçı dövlətə elə işğalçı kimi yanaşmalıdır”. 

Z.İbrahimlinin sözlərinə görə, İrəvannın öz işğalçı mövqeyinə haqq qazandıran, legitimləşdirməyə ruhalandıran əsas amillərdən biri də ABŞ kimi ölkələrin bu cür mövqedən çıxış etməsidir: "Ermənistan bu mövqedə qaldıqca, Azərbaycan üçün yeganə çıxış yolu siyasi iradəsini bütün dünyaya nümayiş etdirib, hərbi əməliyyatların başlamasına qərar vermək olacaq. Belə olduğu təqdirdə, onda dünya birliyi də siyasi iradə nümyiş etdirib sülh üçün fəaliyyətə başlamalı olacaq. Hər halda, ABŞ və digər ölkələrin Qarabağ probleminin nizamlanmasında tutduğu mövqe Azərbaycan üçün seçim imkanı qoymur”.

Mənsur






Həftənin ən çox oxunanları