Yuxarı

Əli Kərimlinin sahib olduqları: Bir özü... bir papkası... bir "layk”ı...

Əli Kərimlinin sahib olduqları: Bir özü... bir papkası... bir

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ölkənin "əsl müxalifəti”, "ana müxalifəti” olduğunu iddia edən "Yurd” sədri Əli Kərimlinin bu iddialarından danışıb. O, Əli Kərimlinin müxalifətçiliyə "sənət” kimi baxdığını deyib: "Tutaq ki, müxalifət sənsən. Gəl, sənin adını qoyaq "müxalifət”. Əli Kərimli yox, Müxalifət Əli deyək. Müxalifəti daraldıb, "müxalifət bərabərdir mən” demək, iqtidarın çörəyinə yağ sürtməkdir. Bu o deməkdir ki, müxalifət 3-4 nəfərdən ibarətdir. Halbuki bu belə deyil. Hakimiyyətə xalq gətirir, müxalifət özü-özünü hakimiyyətə gətirə bilməz. Şəxsən mən "müxalifət mənəm” adı uğrunda mübarizə aparmıram. Azərbaycan xalqının və dövlətinin əleyhinə olan məsələlərdə müxalifətdə dururam, lehinə olan məsələlərdə dəstək verirəm. Heç kəs anadan müxalifətçi doğulmur”.

S.Cəlaloğlu deyib ki, müxalifətçilik bir isim deyil, sifətdir: "Sabah Əli Kərimli hakimiyyətə gəlsə, yenə müxalifət olacaq? Əli Kərimli özünü o qədər "müxalifətəm” deməyə alışdırıb ki, prezident olsa yenə "müxalifətəm” deyəcək. Müxalifətçiliyə sənət kimi baxırlar. Müxalifətçilik hakimiyyətə qarşı mövqe tutmaqdır. Hakimiyyətin daxilində elə müxalifətçilər var ki, iqtidara yüz Əli Kərimlidən çox təhlükə törədir. Bir deputat hakimiyyətin ümumi mövqeyindən kənara çıxıb danışsa, iqtidar laxlayar, ancaq Əli Kərimli min söz desin, hakimiyyət ciddiyə almır”.

Müxalifətçilik iddiası

Sərdar Cəlaloğlu haqlıdır, əgər Əli Kərimli hakimiyyətə gəlsə, yenə də əsl müxalifətin özünün olduğunu deyəcək. Elə bu iddiasına görə Müsavat Pariyası ilə uzun illərdir rəqabətdədir. Müxalif düşərgəni təmsil edən bütün siyasi qüvvələrlə münasibətlərini və əməkdaşlığını da müxalifətçiliyə olan iddiasına görə qırıb. Ayrı-ayrı vaxtlarda müxalifətin birliyi kimi qurulmuş siyasi bloklar da Əli Kərimlinin bu ambisiyasının qurbanına çevrilərək dağılıblar. Milli Şura da bu aqibəti yaşadı. Heç vaxt rəqiblərinə qarşı rəqabətə dözümlü olmağı bacarmayan Əli Kərimli indi yaxasını kənara çəkərək "öz evində müxalifətçiliklə” məşğuldur. Sosial şəbəkələrdə canlı yayıma çıxır, paylaşımlar edir, "layk” yığır. Bununla da sübut etmək istəyir ki, ölkənin "ana müxalifəti” özüdür. "Müxalifət mənəm” deyəndə də ətrafında olan 5-10 nəfər adamı da nəzərdə tutmur, özünü deyir. Çünki narsist xislətə sahib olan "Yurd” sədri özündən başqa heç kəsə inanmamaq kimi bir xarakterə sahibdir. Ətrafına da həmişə təhlükə kimi baxıb, onun nəzərində özündən başqa hamı satılıb, elə rəqabət aparmaqdan imtina etdiyi siyasi qüvvələrdir. 

Yaxın günlərdə Müsavat - "Yurd” davası növbəti dəfə qızışanda da Əli Kərimli Müsavat rəhbərliyini satqınlıqda ittiham etdi və açıq şəkildə dedi ki, yeganə müxalifət özüdür. Həmişə yaddan çıxan kimi bu yola əl atır və hamını "satqın” çıxarır. Halbuki hələ də Əli Kərimlini xarici ölkələrin Azərbaycandakı səfirliklərindən və hakimiyyət daxilindəki dostlarının ofislərindən yığışdırmaq mümkün deyil. 

Bir özüdür, bir də "papkası”

Şübhəsiz ki, Əli Kərimlinin sosial şəbəkələrdə paylaşdığı hər paylaşımının öz qiyməti var. Yəni, sifarişlə "status” paylaşır və bununla da sübut etməyə çalışır ki, müxalifətçi özüdür. Halbuki o, müxalifətçiliyə olan iddiası qədər hakimiyyətə olan iddisından danışsaydı, yəqin ki, indi cəmiyyət tərəfindən başqa cür qarşılanardı. Amma indi bir özü, bir də "papkası” qalmış Əli Kərimli balaca futbol stadionunda keçirdiyi nümayişə də güclə adam tapıb çıxara bilir. Onları da zorla - pul gücünə, təhqirlə, söydürməklə və s.

Mənsur






Həftənin ən çox oxunanları