Yuxarı

Rusiyanın Suriya əməliyyatlarının pərdəarxası

Rusiyanın Suriya əməliyyatlarının pərdəarxası

ABŞ-ın Müdafiə naziri: “Rusiya İŞİD-i vurmağa yox, Əsədi gücləndirməyə gedib” rusiya ordusu Rusiya Suriyada İŞİD-in mövqelərinə qarşı hərbi əməliyyatlara başladı. Əməliyyatların ilk günündə (sentyabrın 30-da) “İslam dövləti”nin mövqelərinə hava zərbələri endirən Rusiyanın belə bir qərara getməsi Qərbin müəyyən siyasi dairələrində birmənalı olmayan fikirlər formalaşdırıb. Artıq Qərbdən Moskvaya qarşı ittihamlar yağmağa başlayıb. Beser esed ABŞ-ın Müdafiə naziri Eşton Karter Rusiyanın məqsədinin İŞİD-i vurmaq yox, Əsəd rejimini gücləndirmək olduğunu bildirib. Rusiyanın bir tərəfdə İŞİD-ə qarşı vuruşduğunu, digər tərəfdə Əsədi dəstəklədiyini deyən Karter Rusiyanın bu addımının Suriya proseslərini daha da gərginləşdirəcəyini vurğulayıb: “Bu alovun üzərində benzin tökməyə bərabərdir”. Karter hesab edir ki, Rusiya İŞİD-in olmadığı bölgələrdə hərbi əməliyyatlar keçirir. Pentaqon rəhbərinin sözlərinə görə, Rusiyanın hava hücumlarına başlaması ABŞ və koalisiya qüvvələrinin Suriyada İŞİD-ə qarşı təşkil edəcəyi hərbi əməliyyatlara mane olmayacaq. Fransanın Müdafiə naziri Jan İves Le Drian da Rusiyanın İŞİD-i vurmadığını iddia edib: “Rusiya hərbi əməliyyatlara başladı, lakin maraqlıdır ki, rus təyyarələri İŞİD mövqelərini vurmadı. Rusiya Əsədə qarşı vuruşan Suriya Azadlıq Ordusunu hədəfə alıb”. Fransa Xarici işlər naziri Loren Fabius eyni iddia ilə çıxış edib. putin1 Qərbdən olan diplomatların iddialarına həqiqət var. Zatən, koalisiya qüvvələri və ABŞ-ın İŞİD-ə qarşı koordinasiyalı hərbi əməliyyatlara başlamaq haqqında qərarı var. Bunu nəzərə alan Rusiyanın İŞİD kimi təhlükəli təşkilatı vurub özünə düşmən qazanmağa ehtiyac yoxdur. Çünki, belə bir əməliyyat bumeranq effektilə Rusiyanın özünə dəyə bilər. İŞİD lideri Əbu Bəkir əl-Bağdadi Orta Asiya və Şimali Qafqazın hədəfdə olduğunu elan edib və bu bölgələrə öz əmirlərini təyin edib. Rusiya bunu nəzərə alır və Bağdadinin fikirlərinin birmənalı olmadığını bilir. Suriya proseslərində İŞİD Əsəd üçün indiki vəziyyətdə o qədər ciddi düşmən deyil. Ona görə ki, İran və “Hizbullah” kimi güclər Əsədi İŞİD-dən müdafiə edirlər. Bunu nəzərə alan İŞİD rəhbərliyi əsasən, Dəməşqin nəzarətində olmayan bölgələrdə möhkəmlənir. Təşkilatın ağırlıq saldığı əsas ölkə də Suriya yox, İraqdır. Əsəd rejimi üçün əsas təhlükə Suriya Azadlıq Ordusu, “ən-Nüsra” terror təşkilatı və digər radikal qruplaşmalardır. Rejim hal-hazırda əsas mübarizəsini də bu güclərlə aparır. Ona görə də, Karter və Driana müəyyən mənada haqq qazandırmaq olar. Rusiyanın Suriyada başladığı əməliyyatların əsl səbəbi Ləzgiyyəyə yaxınlaşan inqilabi güclərin qarşısını almaqdır. Çünki, son dönəmlərdə Rusiya və ABŞ mediasında Suriya Azadlıq Ordusunun Ləzgiyyəyə yaxınlaşdıqları haqda məlumatlar müzakirəyə çıxarılıb. Kremlin Ləzgiyyəni əldən vermək istəməməsi birmənalıdır. Çünki, Rusiyanın burada hərbi bazası var və bu, Rusiyanın Yaxın Şərqdə varlığını təmin edən yeganə faktordur. Ləzgiyyə Suriya Azadlıq Ordusunun və digər radikal qruplaşmaların əlinə keçəcəyi halda Rusiyanın Yaxın Şərqdəki varlığına birdəfəlik son qoyulacaq. Şəhər həmçinin Suriya proseslərinə tam nəzarət etmək üçün strateji məntəqədir. Buradan ölkəni bütün istiqamətlərdə nəzarətdə saxlamaq olar. Yəni, Ləzgiyyəyə sahib olan Suriyaya sahib olacaq. Karterin “Rusiyanın hava hücumlarına başlaması ABŞ və koalisiya qüvvələrinin Suriyadakı İŞİD mövqelərinə qarşı təşkil edəcəyi hərbi əməliyyatlara mane olmayacaq” fikirlərinə gəlincə, bu, birbaşa Moskvaya xəbərdarlıq xarakteri daşıyır. Ağ Ev faktiki olaraq, Moskvanı ehtiyatlı olmağa çağırır. Düzdür, bunu birmənalı olaraq, ABŞ-ın iştirakıyla Rusiyaya müharibə elanı kimi qiymətləndirmək olmaz. Amma öz-özülüyündə bu da bir savaş elanıdır. Bu gün Qərbin nəzarətində Rusiyanı Yaxın Şərqdə vuracaq kifayət qədər qüvvələri var. Bunlar radikal təşkilatlar, Suriya Azadlıq Ordusu və kiçik qruplaşmalıdırlar. Kənardan ediləcək maliyyə və hərbi dəstəklə həmin qüvvələr Rusiyanın baş ağrısına çevrilə bilərlər. Ona görə də vəziyyəti nəzərə alan Rusiya Ləzgiyyənin müdafiəsindən kənara çıxmayacaq və az müddətdən sonra başladığı hərbi əməliyyatları dayandırmaq məcburiyyətində qalacaq. Əksi baş versə, bu Rusiyaya baha başa gələ bilər. Əfqan





Həftənin ən çox oxunanları