Yuxarı

Əli Kərimli insan faciəsini də alverə çevirir

Əli Kərimli insan faciəsini də alverə çevirir

"Yurd” təşkilatının sədri Əli Kərimli Tufandağda itkin düşmüş alpinistlər barədə yazıb. Təşkilat sədri Feysbuk-dakı paylaşımında alpinistlərin başına gəlmiş hadisəyə görə Azərbaycan hakimiyyətini ittiham edir və bu qənaətə gəlir ki, qış aylarında dağa çıxmaq alpinistlər üçün təhlükəlidir. Əli Kərimli hesab edir ki, alpinistlər qış aylarında dağa çıxmamalıdırlar. Belə çıxır ki, alpinistlər ancaq yayda, uzağı payızda dağa çıxa bilərlər. Məntiqsizliyin son həddi belə olur. 

İllərdir müxalifətçilik adı uğrunda mübarizə aparan Əli Kərimli ənənəsinə sadiq qalaraq "yeganə müxalifətçi” olduğunu bu dəfə də itkin düşən alpinistlərin üzərindən gözə soxmağa çalışıb. Alpinistlərin başına gələn bədbəxt hadisəni də öz nəfinə kullanmaq istəyir. Yazdıqlaırndan açıq-aşkar görünən odur ki, ölkənin "ən real müxalifəti mənəm” mesajını cəmiyyətə ötürməyə çalışır. Baxmayaraq ki, buna heç özü də inanmır. 

Guya fərqli...

Əli Kərimlinin irihəcmli paylaşımında diqqət çəkən məqam budur ki, o, qış aylarında dağa çıxmağın alpinistlər üçün təhlükəli olduğunu deyir. Onun qənaətincə, buna görə də alpinist qışda dağa çıxmamalıdır. Nəzərə alsaq ki, alpinistlər eksterimal şərtlər daxilində iş görməyi sevən, xüsusilə də qış aylarında - qarın dağlara daha çox düşdüyü fəsillərdə ən hündür zirvələrə çıxmağa üstünlük verən insanlardır, bu baxımdan itkin düşən gənclərin zor gücünə dağa çıxarıldıqları iddiası inandırıcı gəlmir. Alpinistlər qarşısında belə bir tapşırığın qoyulduğuna da inam yoxdur. Heç həmin gənclərin ailələrindən də bu haqda mətbuata bir informasiya verilməyib. Yəni, bu könüllülük məsələsidir, istəyib-istəməmək seçimidir. Əli Kərimlinin isə məlum hadisə ətrafında yaratdığı təəssürat başqadır. Paylaşımındakı əsas məqam da budur. Özünü "real müxalifət” adlandırmaqla açıq formada insanların faciəsi üzərindən "divident” qazanmağa səy edir. Şübhəsiz ki, öz qondarma müxalifətçiliyini gözə soxmağa çalışan bu adamdan kimsə nəsə də gözləmirdi. Onun üçün insan faciəsi də siyasi alver metidir. Buna görə də baş vermiş bədbəxt hadisəyə də, üç gəncin talesizliyinə də səssiz qalmayacağı və məsələsini həm də öz mənfəəti yönündə şərh edəcəyi əvvəlcədən bəlliydi. 

"Yurd” sədrinin eşidilməyən səsi

Əgər Əli Kərimli üçün həqiqətən həmin gənclərin taleyi maraqlı idisə, o zaman faciədən yazrdı. İnsanların yaşadığı faciəyə biganəlikdən, yalnız siyasi kapitala hesablanan yazının başlanğıcından sonunadək belə öz maraqlarını ifadə edir. Görünən budur ki, "Yurd” sədri bununla xidmət göstərdiyi maraqlı qrupun tapşırığını da yerinə yetirmiş olur. Ümumiyyətlə, Əli Kərimli həmişə mıxı qoyub nala vurmağa vərdiş etmiş adamdır. Hər zaman istər ölkə daxilində, istərsə də xaricdə baş verənlərə obyektiv münasibət sərgilməkdən qaçan "Yurd” sədri üçün bütün hallarda öx şəxsi mənfəətinin gündəmə gətirilməsi prioritet olub. Elə buna görə də bir aydan, iki aydan bir, yaxud ara-sıra özünün sosial problemlərinin yaxın adamlarının dili və rəhbərlik etdiyi saytlar vasitəsilə gündəmə çıxarır. Özü haqda o təəssüratı yaratmağa cəhd edir ki, guya Londonda yaşayan oğlu Türkel Kərimli ona pul göndərir və güzəranını bununla keçirir. "Yurd” sədrinin ölkədə baş verənlərə çərçivədənkənar münasibət sərgiləməsinə gəlincə, bunun müxalifətçiliklə heç bir əlaqəsinin olmadığı sirr deyil. Əslində Əli Kərimlinin müxalifət olmadığı da sirr deyil. Sadəcə olaraq, müxalifət düşərgəsi bu kimi məsələlərdə eyni mövqedən çıxış etdiyi halda, Əli Kərimli bir qədər fərqli görünməyə çalışmaqla kimlərəsə hələ də işə yaradığını və müəyyən şərtlər daxilində anlaşmaya getməyə hazır olduğunu göstərməyə çalışır. Əlbəttə, rəhbərlik etdiyi təşkilatda özündən başqa heç kəsi qalmayan bir sədrin zəif çıxan səsini eşidən olacaqsa... Adət etdiyi kimi bütün bazarlıqları da insanları əzərək, aşağılayaraq qurmaq istəyir. Hətta maraqları tələb edirsə, insan faciəsi də onunçün bir vasitədir...

Mənsur





Həftənin ən çox oxunanları