Yuxarı

Məğlub Əli Kərimlinin boş meydanı

Məğlub Əli Kərimlinin boş meydanı

"Yurd” sədri saxta "like”laırna güvəndiyi feysbukda da uduzdu və ya Kambocanın mərhum diktatoru Pol Potun təkrarı

Feysbukda keçirilən virtual "prezident seçkiləri” "Yurd” və "Real” Hərəkatını üz-üzə qoyub. Qarşıdurmanın yaranmasına səbəb sorğuda "Yurd” sədri Əli Kərimlinin "Real”ın həbsdə olan sədri İlqar Məmmədova məğlub olmasıdır. "Seçicilər”in 46%-i Əli Kərimliyi, 54%-i isə İlqar Məmmədova "səs” veriblər. Lakin "seçkilərin nəticəsi” "yurdçuların” əsəblərini tarıma çəkib. "Səsvermənin” İlqar Məmmədov tərəfdarlarının təşkil etdiyini deyən "Yurd” üzvləri "realçı”ların saxta profil və trollarla İlqar Məmmədova gələn "bəyən” ("layk”) sayını süni şəkildə artırdıqlarını bildirirlər. Onu da iddia edirlər ki, "seçkilər” demokratik məcrada keçirilsəydi, Əli Kərimli qalib gələcəkdi. 

"Seçkilərə YAP müdaxiləsi”

"Səsvermə” başa çatdıqdan dərhal sonra hərəkətə keçən Əli Kərimli tərəfdarları sosial şəbəkələrdə "Real” Hərəkatı və İlqar Məmmədov əleyhinə "kampaniyaya” başlayaraq, onu və rəhbərlik etdiyi təşkilatı təhqir edərək hakimiyyətə işləməkdə ittiham ediblər. "Yurdçular” "səsverməyə hakim Yeni Azərbaycan Partiyasının (YAP) və bu partiyanın üzvlərinin müdaxilələrindən də söz açıblar. 

"Bu admların əqli qüsuru var”

"Real” yetkililəri "Yurd”un bu hücumlarına qarşı bir müddət səssizlik nümayiş etdirsələr də, təhqirlər və ittihamlar sərtləşdikcə "susqunluq orucu”nu pozdular. Belə ki, "Real” Hərəkatının rəhbərlərindən biri Natiq Cəfərli bu iddiaların gülüş doğurduğunu bildirərək, "yurdçuların” xırda məsələlərə baş yorduğunu bildirib: "Bəzi insanlar israrla məlumat tirajlayırlar ki, bəs YAP-çılar İlqar bəyə səs verirlər. Belə bir iddia səsləndirmək, məntiqsizlikdir. Bunu deyənlərin, məncə, ciddi əqli qüsuru olmalıdır. Sosial şəbəkələrdəki mənasız və elmi olmayan sorğularda belə uduzmağı həzm edə bilməyənlərə isə sözüm odur ki, bu yanaşmanız təhlükəli və yanlışdır. Əks fikir səsləndirənlər sizin üçün həmin an "satqın”, sosial şəbəkələrdə sizə səs verməyənlər isə həmin an "trol” olur. Dəhşətli və məmləkət üçün faciəvi düşüncə tərzidir və sizləri daha çox marginallaşdırır, dar bir qrupa çevirir”.

"Real” Hərəkatı Ali Məclisinin keçmiş sədri Erkin Qədirli də "Yurd” üzvlərini kəskin şəkildə tənqid edib. O, qeyd edib ki, "yurdçuların” İlqar Məmmədovu guya müdafiə etdiklərini yazması ikrah doğurur: "İlqar azadlıqda olanda da onu söyürdülər, azadlığa çıxandan sonra da söyəcəklər. İlqar bir gün prezident ola biləcəksə, adını "Məmmədov rejimi” qoyacaqlar.

Azərbaycanın "Pol Pot”u

Başqa sözlə, Əli Kərimli növbəti dəfə öz opponentlərinə, hətta onunla mübarizə aparmaq istəməyən insanlara və fərqli düşüncələrə qarşı nə qədər dözümsüz olduğunu nümayiş etdirdi. Əgər müxalifətçilik adına iddia edən bir şəxs, özünü Qərbin demokratik dəyərlərinin Azərbaycandakı "yeganə müdafiəçisi” adlandırıraraq, israrla özündən  ölkənin "ana müxalifəti” düzəltmək istəyən şəxs adi virtual sorğunun əleyhinə olan nəticəsinə dözmürsə, o zaman real seçkilərin nəticələrinə qarşı əlində güclü resursu olacağı halda hansı addımlar atacağını da təsəvvür etmək çətin deyil. Əli Kərimli bu baxımdan Kambocanın mərhum diktatoru Pol Potu xatırladır. 1976-1979-cu illərdə Kambocanın baş naziri və "Qızıl Kmerlər” adlı təşkilatın lideri olan Pol Pot 1975-ci ildə hakimiyyəti devirərək iqtidara gəldi. Lakin bura qədər cəmiyyəti demokratik dövlət vədi ilə aldadan diktator ona bu mübarizədə dəstək verən insanların özlərinə də qənim kəsildi. "Burjuaziya” adlandırdığı bütün insanları ya öldürtdürür, ya da ağır əmək düşərgələrində işlədirdi.

Cəmiyyətin dışladığı adam

Şübhəsiz ki, bu uzun illər ərzində Əli Kərimli qədər cəmiyyət daxilində Azərbaycan müxalifətinə olan inamı yerlə-yeksan edən ikinci adam da onun özüdür. Özündən ən yüksək pillədə durana da, özündən dəfələrlə aşağı yerdə dayanana da qısqanclıqla yanaşan "Yurd” sədri əlinə düşən bütün fürsətləri öz opponentlərinə qarşı istifadə edərək, onları cəmiyyətin nəzərində nüfuzdan salmağa çalışıb. Lakin hər dəfə də başqasına qazdığı quyuya düşən Əli Kərimlinin özü cəmiyyət tərəfindən dışlandı.

Mənsur





Həftənin ən çox oxunanları