Yuxarı

Əli Kərimlinin İran sevdası

Əli Kərimlinin İran sevdası

“Biz bu baryeri uçurub sökdük” deyən şəxs Elçibəyin yerinə iddia edir

Eli KErimli 4

Əli Kərimli və dəstəsinin iç üzü getdikcə daha dərin kökləri ilə üzə çıxır. Azərbaycan siyasətində separatçılığın və xəyanətin simvolu kimi tanınan bu şəxs öz xisləti və mahiyyəti ilə cəmiyyətə tam ifşa olunur.  Növbəti ifşa isə Kərimlinin qeyri-legitim qurultay adlı toplantısındakı məruzədə öz əksini tapır. Məruzədə buraxılan “quş”ların hamısına toxunmaq niyyətində deyilik. Amma üzərində dayanmağı vacib bildiyimiz bir məqam var ki, ondan bəhs edəcəyik.

Son 15 ildə separat danışıqlar və müxalif düşərgəyə xəyanət nəticəsindən başqa heç bir seçki uğuruna imza atmamasına rəğmən pafosundan əl çəkməyən Kərimlinin məlum çıxışından bir hissəyə diqqət edək: “Azərbaycanda 10-15 il bundan qabaq xoşagəlməz bir ənənə yaranmışdı. Heç şübhəsiz ki, hökumətin də burda rolu olmuşdu. Azərbaycanın milli-demikratik qüvvələri ilə ölkənin inanclı kəsimi arasında ciddi bir baryer yaranmışdı. Biz bu baryeri uçub sökdük”.

Maraqlı təqdimatdır. Görəsən Əli Kərimli nəyi nəzərdə tutur. Bəlkə son illərdə ölkənin dini kəsimi ilə AXCP arasında hər hansı bir birgəliyi, ittifaqı yada sala bilmədik. Yaddaşımızın bizi azdıracağını düşünüb internet üzərindəndə araşdırmalar apardıq, amma belə bir fakta rast gəlmədik. Əksinə, əldə etdiyimiz məlumatlar tamam fərqli faktları ortaya qoydu. Məsələn, Əli Kərimli AXCP sədri olduqdan sonra ölkənin tanınmış ilahiyyatçılarından olan Nəriman Qasımzadə partiyanı tərk edib, həm yaşadıqları bölgələrdə, həm də ölkədə böyük nüfuza malik xeyli sayda seyid, axund və din xadimləri Cəbhədən üz döndərib. Son illərdə Kərimli dəstəsinin dini məsələ ilə bağlı fəaliyyətində yadda qalan məqam Natiq Əbilovun birdən birə qatı şiə olaraq facebook aktivinə çevrilməsi olub.

Təbii ki, söhbət hicab məhbuslarının müdafiəsindən və həbsdə olan bir neçə dindarın vicdan məhbusu kimi tanınmasından gedirsə bu nə Əli Kərimlinin xidməti, nə də milli demokratik düşərgə ilə dindarların yaxınlaşması anlamına gəlmir..

Elə isə Kərimli nəyi nəzərdə tutur, nəyə ehyam vurur?  Bax üzərində düşünüləsi məqam budur. Amma həmin məqama keçidi qurultay adlanan toplantıda üzə çıxan başqa bir həqiqətlə edək. O zalda Bütöv Azərbaycanın xəritəsi kiminsə gözünə dəydimi, Əli Kərimlinin çıxışda kimsə Bütöv Azərbaycan, Arazın güneyindəki soydaşlarımız haqda bir cümlə eşitdimi? YOX! Nizamnaməni də, konfransları da, kimlərin kimin yanında olmasını da bir kənara qoyub sual etməyə dəyər: Bu, Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır? Elçibəyin Partiyası? Azərbaycan siyasi şüuruna Bütöv Azərbaycan ideologiyasını gətirən təşkilatdır? YOX! YOX! Və yenə də YOX! Kərimlinin “inanclı insanlarla arada olan baryerin sökülməsi” cümləsi də əslində İrana “daha biz sizə qarşı radikal deyilik” və “10-15 il qabaq” atmacası isə “Elçibəy dönəmi bitdi” mesajı idi. Əksini iddia edənlər ortaya fakt qoysunlar. O ki qaldı Kərimlinin İran sevdasına bu elə həmin çıxışda ortaya çıxan məsələ deyil. Hələ 2012-ci ildə İctimai Palatada Xomeyninin müdafiəsinə qalxan Kərimli İran haqda mediaya bunları deyir: “İranda milyonlarla azərbaycanlının dini lider kimi qəbul etdiyi din xadiminin burda bu şəkildə tənqid və təhqir olunması milli maraqlarımıza ziddir və düzgün deyil. İctimai Palata Azərbaycanın gələcəyini Avropa ailəsində görsə də, İran və Rusiya ilə də əlaqələrimizin normal olmasını istəyirik”. Elçibəyin yerində oturmaq istəyən şəxsin bəyanatıdır bu və bununla da bitmir.

Bir neçə ay öncə İranla Qərb arasında ilkin razılama ilə bağlı Kərimlinin mövqeinə diqqət edək.AXCP sədri bəndlərlə İran-Qərb anlaşmasını izah edib, bu anlaşmadan Azərbaycan hakimiyyətinin uduzduğunu irəli sürüb. Lakin, irəli sürülən iddialardan da görünür ki, söhbət heç də hakimiyyətə dəyəcək zərbədən deyil, ölkəyə toxuna biləcək ziyanlardan gedir. Məsələn,  Kərimli   hakimiyyətə  (Azərbaycana oxu- red.)  dəyəcək zərbədən bəhs edərək, yazır ki, razılaşma imkan verir ki, İran neft bazarına daha çox neft çıxarsın və bu da avtomatik olaraq  qara məhsulun dünya bazarında qiymətini aşağı salacaq. Üstəlik İranın neft bazarına təsiri daha uzunmüddətli faktor olacaq. Bunu hansısa xarici dövlətin siyasətçisi yazmayıb, Azərbaycanda prezidentliyə iddialı olan Əli Kərimli yazıb. Adamları  qiymət artımına  görə, mitinqə çağıran siyasi lider  neftin  qiymətinin aşağı düşməsinə necə sevinə bilər?  Bəyəm, Əli Kərimli  bilmir ki, neftin qiymətinin aşağı düşməsi, Azərbaycan kimi  neftdən aslı ölkələrdə qiymət artımı  ilə nəticələnir? Digər  tərəfdən, bu nə İran sevgisi?  Neftin qiymətinin aşağı düşməsi nəticəsində ölkəyə dəyəcək ziyan,  İranın neft bazarında əsas faktora çevriləcəyi barədə verdiyiniz proqnoz sizi niyə belə sevindirir? Bundan başqa, AXCP sədri iddia edir ki, İranla bu razılaşma nəticəsində regionda baş verə biləcək müharibə təhlükəsi aradan qalxıb. Bu iddianı dünyanın istənilən ciddi  politoloqları oxusa, ən yaxşı halda, buna güləcəklər.

Sonda onu da qeyd edək ki, Əli Kərimlinin İranla ABŞ münasibətlərinin normallaşması ilə yazdıqları ilə AXCP-nin irəli sürdüyü ideoloji prinsiplər ziddiyyət təşkil edir. AXCP bütöv Azərbaycan uğrunda mübarizəni öz Məramnaməsində məqsəd olaraq, irəli sürür. Bu yaxınlaşma isə hətta Bütöv Azərbaycan idealogiyasının üstündən çalın-çarpaz xətt çəkir. Amma yəqin ki, Əli Kərimlinin bütöv Azərbaycan uğrunda mübarizə ilə bağlı məqsədlərdən imtinanı ondan heç bir partiya üzvü soruşmayacaq. Çünki artıq bu partiyada polemikaları siyasi fəaliyyətdə prioritet sayacaq heç kim qalmayıb.

Ərtoğrul Hüseyn





Həftənin ən çox oxunanları