Yuxarı

AXCP sədrindən seçki çağırışı

AXCP sədrindən seçki çağırışı

"Azərbaycanda seçkilərdə azad və şəffat yolla nəticə göstərmək və hakimiyyəti dəyişmək mümkün görünmür. Amma bununla bərabər biz antikonstitusion vasitələrdən istifadə edə bilmərik. Biz demokratik yolla, qanunlar çərçivəsində dəyişikliyin tərəfdarıyıq”.  

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev sosial şəbəkə vasitəsilə canlı müraciətində bildirib. 

AXCP sədri qeyd edib ki, boykot düzgün yanaşma deyil: "Bütün müxalifətin, siyasi fəalların, xaricdə və daxildəki vətəndaşların səslərinə qulaq verəcəyik, onlarla bir addmlamaq üçün onları da dinləyəcəyik.  

Bəribaşdan boykot demək nəticələrin İlham Əliyevin xeyrinə olmasını dilə gətirmək anlamına gəlir. Seçkidə qələbə qazana bilməsək də, resurslarımız buna imkan verməsə belə yenə də seçkidən kənarda qalmağa lüzum görmürəm. Seçki xalqla birbaşa təmas, siyasi fəallığın artırılması anlamına gəlir. Legitimlik oldu-olmadı, iştirak etdik-etmədik, YAP istədiyini edəcək. Müxalifətin bir namizədlə seçkidə iştirakı xalqın toparlanmasına, səfərbər olmasına kömək göstərəcək. Bu, bizə 11 aprelə qədər lazım deyil. 11 apreldən sonrakı proseslərin idarə olunması, planlaşdırdığımız hadisələrin istədiyimiz yöndə getməsi üçün lazımdır. Qərar verməzdən əvvəl bütün siyasi qüvvələrin bu məsələlərə diqqət ayırmasını xahiş edirəm”






Həftənin ən çox oxunanları