Yuxarı

Müxalifətin uğur düsturu: Seçkidə birgə iştirak

Müxalifətin uğur düsturu: Seçkidə birgə iştirak

Prezident seçkilərinə start verilib. İqtidarla yanaşı bir sıra müxalifət nümayəndləri də namizədliyini irəli sürüb.Müxalifət düşəgəsində seçkiyə münasibət birmənalı deyil.Ənənəvi müxalifət Milli Şuranın timsalında yenə də proseslərdən kənar qalmağı üstün tutub boykot qərarı verib.Ancaq keçmiş təcrübə göstərir ki, boykot heç bir halda uğur gətirməyib.Bu günə qədər müxtəlif zamanlarda seçkilərdə ənənəvi müxalifət boykot qərarı verib.Ancaq boykot taktikası hakimiyyətin "əlinə oynamaq”dan başqa heç bir işə yaramayıb.Bu gün müxalifətin uğur qazanması üçün boykot qərarına yox, mübarizəyə ehtiyac var.

Zaman-zaman "müxalifətin uğur formulu” mövzusu ətrafında müxtəlif fikirlər səsləndirilib.Bütün zamanlardan uğura gedən yolun müxalifətin birləşməsindən keçdiyi qənaətinə gəlinib.Ancaq nəticə dəyişməyib.Dağıdıcı qüvvələr bütün zamanlarda öz çirkin oyunlarını qurub birləşmək ərəfəsində olan real müxalifəti parçalamağı bacarıblar.Bu gün də Milli Şura rəhbərlərinin göstərdiyi fəaliyyət əvvəlki illərdən heç nə ilə fərqlənmir.Yenə də müxalifət düşərgəsində ikitirəlik yaranıb.Ənənəvi müxalifət qüvvələri parçalayır və seçkiyə getməkdən imtina edir.Səbəb olaraq isə növbədənkənar seçkilərin təyin olunması göstərilir.Maraqlıdır, müxalifət nə etməlidir ki, növbədənkənar seçkilərdə uğur qazana bilsin?

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, müxalifətin uğur qazanması birgə əməkdaşlıqdan keçir:

"Açığı seçkiyə bir az sağlam baxmaq lazımdır. Nə cəmiyyəti, nə də özümüzü aldatmaq lazım deyil.Əvvəla seçki təyin olunmamışdan öncə demişdim ki, müxalifət əməkdaşlığa başlasın.Əgər bu baş tutmasa, müxalifət ayrı-ayrı seçkiyə gedəcək və hər kəs öz partiyasının uğur qazanması üçün çalışacaq.İndiki şəraitdə seçki çox ağır şərtlərdə keçirilir.Müxalifət pərakəndədir.Hesab edirəm ki, seçkilərdə komissiyaların, televiziyaların hakimiyyətin nəzarətində olduğu halda tam qələbədən danışmaq cəmiyyətdə ikrah hissi yarada bilər.Ancaq seçkilərdə iştirak qərarı vermiş şəxslər üçün qələbə şansı çox aşağıdır.Mən buna sağlam baxıram.Hesab edirəm ki, bu seçkilərdə bizim partiyanın məqsədi qanunun tələblərindən irəli gələn işləri icra etməkdir.Təşviqat imkanlarından istifadə edib partiyanın seçki platformasını, ölkədəki siyasi proseslərə baxışını səsləndirəcəyik”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Məhəmməd Əsədullazadə hesab edir ki, müxalifətin uğur qazanmasına gedən yol birləşməkdən keçir. M.Əsədullazadənin sözlərinə görə, təmsil etdiyi partiya hələ bir müddət öncədən müxalifətə birlik təklif edib:

"İki aydan sonra gözlənilən növbədənkənar prezident seçkiləri deyərdim ki, siyasi müxalifəti hazırlıqsız yaxaladı. Müxalifətin dağınıq mübarizə üsulu daima uğursuzluqla nəticələnib.Hesab edirəm ki, bu seçkilərdə siyasi müxalifətin bir araya gəlməsi üçün yeni formul hazırlanmalı, birgə mübarizə üsulu ilə seçkiyə gedilməlidir.Seçkini boykot etmək olmaz.Seçki müxalifətin xalqla təmasında mühüm vasitədir.Xalqın siyasi müxalifətə inamını bərpa edə bilər.Bəzi qüvvələrin seçkini boykot etməsi yanlış siyasi addımdır.AXCP sədri Razi Nurullayev bir neçə ay bundan əvvəl müxalifətin birləşməsini önə çəkirdi.Məhz bu günkü günə hazırlaşmaq üçün.İndi də AXCP sədri bunu vurğulayır.Hesab edirəm ki, şans var. Birləşib seçkiyə birgə getmək olar.AXCP bütün siyasi müxalifətin birləşməsini təklif edir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları