Yuxarı

Əli Kərimliyə xatırlatma: Gizli görüşdən gələn pullar

Əli Kərimliyə xatırlatma: Gizli görüşdən gələn pullar

Saxta mühacir qalmaqalı Avropanı silkələyir. Bu mövzuda dəfələrlə yazılanlara, müzakirələrə, hətta faktların üzə çıxarılmasına baxmayaraq saxta mühacir biznesini dolanışıq yerinə çevirən qüvvələr geri çəkilmir. 

"Biznesmen siyasətçi”lərə "dost” köməyi

"Siyasi fəaliyyətini” siyasi arayışlar sataraq saxta mühacirləri həqiqi mühacirlərlə üz-üzə qoyan, birincilərin sayının yağışdan sonrakı göbələk kimi çoxalması ilə Avropada da narahatlıq yaradan "biznesmen siyasətçilər” bunun özlərinə qarşı mənfi rəy formalaşdıracağını belə nəzərə almırlar. Əsas məqsəd pul qazanmaq olduğu üçün buna yönəlik istənilən fəaliyyət bu dairələrdə qəbul ediləndir və hətta təqdir olunur. Söhbət ondan gedir ki, bir-birinin ardınca saxta mühacirlərlə bağlı ortaya çıxan faktlar belə, bu insanların pul qazanmaq hərisliyini öldürə bilmir, firavan həyatlarını təmin edəcək qədər pul qazanmağın həm də arayış alverindən keçdiyini gördükləri üçün sağa-sola kağız parçası paylayırlar. Həqiqi müxalifətçilərin, siyasi-iqtisadi təzyiqə məruz qalaraq bütün iş və fəaliyyət imkanı tükəndirilən şəxslərin gediş yolunun ən müxtəlif səbəblərdən bağlı olduğu bir zamanda birdən-birə ortaya çıxan pul mənbələri "biznesmen siyasətçilərin” gözündən yayınmır. Görünən odur ki, yaşadıqları firavan həyatı, övladlarının xaricdə bahalı təhsil və yaşamını "dost köməyi” ilə izah etməyə çalışan bu qüvvələr üçün dostlar da kasad olmur. Bu dostlar lazım olan anda lazım olan yerdə görünməklə öz maraqlarını təmin etmək üçün "siyasi biznesmenlərlə” alverə girişir. Nəticəsi də iki tərəfi də təmin edir. Birinci tərəf pul qazanır, ikinci tərəf öz məqsədinə çatır. 

Maraq, saziş və... pul 

"Saxta mühacir” alveri uzun illərini ənənəvi müxalifətdə keçirən və bu yolun sonunda iqtidar kreslosuna bir addım belə yaxınlaşa bilməyən qüvvələr üçün həm də həyat təminatıdır. Yoxsa bu dəyirmanın suyu hardan gələrdi? Əgər ortada özünü müxalif kimi göstərib Avropada daha rahat yaşam əldə etmək istəyən, üstəlik də imkanlı şəxslər varsa, "biznesmen siyasətçilər” dərhal işə başlayır. Vasitəçilər meydana çıxır, tərəflər görüşür, məqsəd müəyyənləşir və hər iki tərəfi razı salacaq "saziş” bağlanır. Nəticədə bir tərəf pul qazanır, digər tərəf isə hansı yollarla qazandığı müəmmalı olan pulundan keçməklə Avropada rahat yaşam əldə edir. "Siyasi biznesmen”lər bu yolla qazandıqları pulların "ümumi işə” xərcləndiyini iddia etsələr də, onların ən yaxın ətrafı belə bu vəsaitin ancaq şəxsi məqsəd üçün istifadə edildiyini bilir. İndiyə qədər bu "dost yardımı”ndan yararlanan hansısa kasıb, xəstə, imkansız müxalifətçi görmüsünüzmü? Özünü "müxalifət lideri” elan edənlərdən hansı biri xəstəlikdən, yaxud elə imkansızlıqdan əziyyət çəkən siravi bir üzvün kiçik bir problemini həll edib?  Yaxud o vəsaitdən siyasi məhbus ailələrinə göndərilib, təbliğata sərf edilib, siyasi mübarizəni genişləndirmək üçün xərclənib? Heç olmasa "Məhsul” stadionunda keçirilən mitinq-şoular üçün bircə şüar hazırlanıb? Bunların heç biri yoxdur, amma ortada pullar var. Həm də orta statistik azərbaycanlı üçün heç də az hesab edilməyən pullar. Və təbii ki, o pulların öz sahibləri...  

Əli Kərimliyə xatırlatma

İndi gələk konkret faktlara. Özünü ənənəvi müxalifətin lideri hesab edib uzun illk siyasi fəaliyyəti ilə öyünən, ancaq sıravi müxalifətçilər üçün gündəlik çətin həyat tərzinin heç yanından belə keçməyən "Yurd” sədri Əli Kərimlinin saxta mühacir biznesini özü üçün qazanc mənbəyinə çevrildiyinə dair ən müxtəlif səviyyələrdə məlumatlar var. Dəbdəbəli həyatı barədə ittihamlara cavab verməyib yaxın ətrafı  vasitəsilə "dost köməyini” gözə soxmağa şalışan Əli Kərimli üçün bu dostlar nədənsə həmişə sərhədlərdən kənarda və dərhal tapılır. Həm də elə şəxslərdən ki, ömrünü meydanlarda keçirib müxalifət olmağın bütün məhrumiyyətlərinə dözən, qazancı "yorğun demokrat” adından başqa bir şey olmayan "stajı müxalifətçilər” belə onların kimliyindən xəbərsizdir. Elə Əli Kərimli özü də pul aldığı zamana qədər onlardan tam məlumatsız olur, tərəflər arasında razılıq əldə edilib maraqlar təmin olunandan sonra yəqin ki, həmin adı yenə unudur. Onlardan hələlik ancaq birini Əli Kərimliyə xatırladaq.  

Camalov Səid Rafiq oğlu. 

Bu şəxs 1985-ci ildə anadan olub. Yaşını ona görə vurğulayırıq ki, "dərin siyasi keçmişə” malik olması barədə söyləntilərə meydan qalmasın. Azərbaycanı 2014-cü ildə tərk edib və bir çoxları kimi daha asan qaçqın almaq ümidi ilə Almaniyaya gedib. İlk işi də təbii ki, sığınacaq üçün müraciət olub. Bura qədər hər ey normal görünə bilər, amma... Amması odur ki, bu Camalov Səid Azərbaycanda olduğu müddətdə siyasi fəal, aktiv müxalifətçi olmayıb, nəinki müxalif fikir səsləndirib, əksinə, normal işdə, hətta qazancı yüksək hesab edilən vəzifədə çalışıb. Nəqliyyat Nazirliyinin "Azəryolservis” ASC-nin 65 saylı Yol İstismar Müəssisəsinə məxsus olan və Siyəzən şəhərində yerləşən beton zavodunu şəxsi əmlakı kimi işlədib. Sonunda zavodun müflisləşməsinə nail olub, əldə etdiyi pullarla Almaniyaya gedib rahat yaşamağın yolunu arayıb. 

Almaniyada sığınacaq almağın yolunun bir gündə dönüb müxalifətçi olmaqdan keçdiyini görən bu zavod rəhbəri çıxış yolunu dərhal tapıb İlk dönəmdə Meydan TV və Turan TV-yə maliyyə yardımı göstərib və məlumatlara görə, hətta müvafiq arayışlar da əldə edib. Ancaq bu arayışlar alman hökumətinin onunla bağlı rəyinə təsir edəcək səviyyədə olmayıb. Bu dəfə "gənc müxalif" daha təsirli yollar axtarışına başlayıb və dövriyyəyə Azərbaycanda olduğu zaman bəlkə heç adını da eşitmədiyi Əli Kərimli və onun rəhbərlik etdiyi düşərgə girib. Əli Kərimli və Milli Şuraya maliyyə dəstəyini göstərərək saxta mühacir zəncirində bir həlqəyə çevrilən bu şəxs  Azərbaycanda qazandığı puldan bu məqsədlə xərcləmək üçün vasitəçilər tapıb. Ya da vasitəçilər özləri onu tapıb, çünki pul qoxusu uzaq məsafələrədn də hiss olunur, xüsusilə də ona həris olanlar üçün. Beləcə, vasitəcilərin, əslində isə maklerlərin işə qoşulması ilə Səid Camalov kisənin ağzını Əli Kərimli və Milli Şura üçün açmalı olub. Əli Kərimlinin özü ilə birbaşa canlı təmas mümkün olmadığından Milli Şura üzvləri, konkret olaraq Cəmil Həsənli vasitəsilə təşkilata və Əli Kərimliyə maliyyə dəstəyi vəd edib. Təkcə vəd etməklə də kifayətlənməyib, vəsait təmin edilib. Bəzi məlumatlara görə, hətta And təşkilatının Avropada 2017-ci ildə keçirdiyi bəzi görüləri də Səid Camalov maliyyələşdirib. Almaniyada Cəmil Həsənli və Qənimət Zahidlə görüşən Səid Camalov Əli Kərimli və Milli Şuranın  maliyyə təminatçısı rolunu üzərinə götürüb. Maliyyə vəsaiti Əli Kərimliyə çatdırılıb, müqabilində müvafiq arayışlar alınıb, zavod sahibi birdən-birə siyasi müxalif olub. Məlumata görə, artıq hüquq-mühafizə orqanları Səid Camalovun bu fəaliyyətindən xəbərdardır və araşdırma aparılır. Bu da Səid Camalovun sığınacaq alması üçün daha bir bəhanə yaradıb. Hətta onun barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsindən Almaniyanın hüquq-mühafizə orqanlarına Səid Camalovun fəaliyyəti ilə bağlı sorğu da göndərilib. Hər halda  ölkədə siyasi fəaliyyətə iddialı olan şəxs və təşkilatların maliyyə mənbələrinin araşdırılması vacibdir, dünyada bu, normal qarşılanır. Əgər Əli Kərimlinin "pul dağarcıqları” ilə bağlı heç bir narahatlığı yoxdursa, o zaman sayı-hesabı bilinməyən canlı yayınlarından birində bu barədə də danışsın. 

Ərtoğrul Süleyman





Həftənin ən çox oxunanları