Prezidentliyə namizədliyi irəli sürülən AXCP sədri Razi Nurullayevin sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Bu barədə Cebhe.info-ya AXCP Ali Məclisinin sədri Rafiq Daşdəmirli bildirib.
Qeyd edib ki, "Cəbhəcilər" Təşəbbüs Qrupu 110 nəfərin imzası ilə Razi Nurullayevin namizədliyini irəli sürüb. Bildiriş vərəqəsi və lazımi sənədlər bu gün MSK-ya təqdim edilib:
"Seçki Məcəlləsinə uyğun olaraq 5 gün ərzində baxılıb cavab veriləcək. Ondan sonra rəsmi olaraq imza vərəqələri götürəcəyik".
R. Daşdəmirli qeyd edib ki, lazımi sayda imza toplamaq cətin olmayacaq: "Bu mərhələyə də hazırlıq gedir və imza toplamaq bizim üçün çətin olmayacaq".
Vilayət Muxtar