Yuxarı

AXCP "Ana fəryadı” abidəsini ziyarət etdi

AXCP

Bu gün Xocalı soyqırımından 26 il ötür. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Xocalı şəhidlərinin xatirəsinə ucaldılan "Ana fəryadı” abidəsini ziyarət edib.

Cebhe.info xəbər verir ki, ziyarətdə AXCP sədri, prezidentliyə namizəd Razi Nurullayev və partiya fuksionerləri iştirak ediblər. 

"Xocalı abidəsini ziyarət etdik. Siyasi mövqeyim budur ki, bu kimi məsələlərdə ayrı-seçkilik, güc nümayişi və reytinq toplama hərəkətləri olmamalıdır. Biz bunu 20 Yanvar ziyarətində yerinə yetirdik, indi də partiya rəhbərliyinə daxil olan şəxslərlə birlikdə Xocalı abidəsini ziyarət etdik. Bu faciələr birləşdirici faktordur. Kimliyimizi, nəçiliyimizi, mövqeyimizi bir kənara qoyub birlikdə getməliyik. Ən doğru seçim müxalifətin də dövlət başçısı ilə birlikdə bu şəhidlikləri ziyarət etməsidir. Heç danışmayaq, salam da verməyək, bir-birimizin üzünə də baxmayaq, amma xalqı və dövləti parçalamayaq. Bu dövlət və millət üçün lazımdır! Qarabağın xilası və azadlığı üçün zəruridir!”,- deyə R.Nurullayev bildirib.

Partiya sədri həmçinin "Soyqırım parkı” yaradılması təklifini də yenidən gündəmə gətirib: "2 ildir ki, bunun zəruriliyini deyirik. Proqram da hazırlamışıq. İqtidar partiyası bunu həyata keçirsə, dövlətimiz udar”.

Vilayət Muxtar