Yuxarı

İlham Əliyevin namizədliyi qeydə alındı - MSK-da İCLAS

İlham Əliyevin namizədliyi qeydə alındı - MSK-da İCLAS

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyi qeydə alınıb.

Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında verilib.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, Mərkəzi Seçki Komissiyasına fevralın 22-də 900 imza vərəqində təqdim edilən 45 min imzadan 42 min imzanı yoxlayıb. Komissiyanın işçi qrupu tərəfindən yoxlanılan imzalar tam olaraq etibarlı hesab olunduğundan proses dayandırılıb. Seçki Məcəlləsinə əsasən, 42 min etibarlı imza İlham Əliyevin namizədliyinin qeydə alınması üçün yetərli sayılıb. İclasda həmçinin qeyd olunub ki, imzatoplama kampaniyası 125 dairə seçki komissiyasında aparılıb.

MSK sədri onu da vurğulayıb ki, imzatoplama kampaniyası çox çətin işdir. O, bu təcrübənin öhdəsindən digər namizədlərin də gəlməsini arzulayıb.

Çıxışlardan sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla, İlham Əliyev rəsmən qeydə alınan ilk prezidentliyə namizəd olub.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları