Yuxarı

Mitinq fiaskosunun şoku

Mitinq fiaskosunun şoku

Ənənəvi müxalifət nədənsə "izdihamlı mitinq” şousu qurmadı

Milli Şura və Müsavat Partiyasının martın 10-da "Məhsul” stadionunda  keçirdiyi birgə mitinq yaddaşlarda du dəfə də sönük aksiya kimi qaldı. Mitinq birgə təşkil edilsə də, aksiyaçıların sayında ciddi dəyişiklik olmadı. Əvvəllər mitinqdən sonra ən azı 10 gün alovlu təbliğat yaradılır, "xalqın Milli Şuraya dəstəyin”dən danışılardı. 

Ancaq günlər keçib, Milli Şura ideoloqları, siyasi fəalları susur. Nə Milli Şuradan, nə də Müsavatdan mitinqin "möhtəşəmliyi” haqqında heç bir çıxış yoxdur. Ənənəvi müxalifətin susqunluğuna səbəb 10 mart aksiyasının gözlənildiyindən uğursuz alınmasıdır. Bu zamana qədər "Yurd” sədri Əli Kərimlinin şəxsi qisas hissinə görə, Müsavat Partiyası kütləvi aksiyalardan kənarda saxlanılırdı. 10 mart aksiyası isə birgə təşkil edilmişdi. "Yurd” siyasi fəalları, bloqqerləri hesab edirdilər ki, birgə mitinq uğurlu, izdihamlı alınacaq. Buna gözləntiləri vardı. Lakin onların gümanların əksinə olaraq birgə mitinq də fiaskoya uğradı. Bunu Milli Şura rəhbərləri özləri də bilir. Ona görə də susurlar. Çünki Milli Şura fəallarından bəzilərinin iddiası doğru olsaydı, yəni aksiya izdihamlı alınsaydı, indi sosial şəbəkələrdə hələ də "möhtəşəm aksiya” "havaları çalınardı”. Maraqlıdır ki, "Yurd” lideri Əli Kərimli aksiyadan effektli foto görüntülər də montaj etdirməyə həvəs göstərmədi. 

"Problem ənənəvi müxalifətin liderlərindədir”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə şərhində problemin ənənəvi düşərgəni təmsil edən liderlərdə olduğunu deyib: "Milli Şura və Müsavatın martın 10-da  təşkil etdiyi  mitinq şousu xalqda bu düşərgəyə inamı   daha da sarsıtdı. Ənənəvi düşərgə əvvəlki mitinqlərdə də cəmiyyətin fəal dəstəyini ala bilmədi. Çünki, problem liderlərin özlərindədi. Baxın, onlar cəmiyyətin problemlərini açıq dilə gətiririlər, ancaq xalqın dəstəyinə nail ola bilmirlər. Bu illər ərzində yalnız sərt ritorikaya malik, amma  siyasi reformları özündə ehtiva edə bilməyən ənənəvi müxalifətin bundan sonra fiaskosu qaçılmazdı. 11 apreldən sonra bunların siyasətdən getməsi mütləqdir. Bu illər ərzində xalq bunlara dəstək verməyibsə, bundan sonra da verməyəcək. 20 ildən artıqdır ki, eyni siyasi leksikona malik liderlər çətin ki, öz siyasi baxışlarını dəyişə bilsin. Bu gün Azərbaycan siyasətinə yeni dəyişilikləri əsas prinsip edən partiya məhz AXCP-dir. Partiya sədri Razi Nurullayevin son üç ildə bütün strateji siyasəti ölkədə siyasi müxalifətin canlanmasına səbəb oldu, xalqın siyasi müxalifətə  inamını bərpa etdi. Yeni siyasi dəyişiliklər gətirən AXCP ana müxalifət partiyası olaraq ənənəvi müxalifətin bütün iddialarını fiaskoya uğratdı”. 

"Səhvlərini anlasalar da, gecdir”

Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli isə ənənəvi liderlərin gündəmdə qalmaq üçün mitinq yolunu seçdiklərini deyib: "Ənənəvi müxalifət liderlərinin başqa yolu da qalmayıb. Gündəmdə qalmaq, müxalifətdə mövqelərini itirməmək üçün çırpınırlar. Lap səhvlərini anlasalar belə, artıq gecdir. Çünki böyük bir elektoratı öz səhvləri ucbatından birdəfəlik itirdilər. Növbəti uğursuz mitinqləri də bunu göstərdi”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları