Yuxarı

Rusiyaya 100 milyardlıq zərbə

Rusiyaya 100 milyardlıq zərbə

Ölkə neft gəlirlərindən tam məhrum edilir

ABŞ və Avropa Birliyinin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalar, dənizdəki 10-dan artıq neft layihəsinin dondurulmasına və bir neçə şist yatağında işin dayandırılmasına gətirib çıxarıb.2014-cü ildə Krımın ilhaqından və şərqi Ukraynanın işğalından sonra Rusiyanın neft sektoruna tətbiq edilən sanksiyalar daha da sərtləşdirilir.2017-ci ilin avqust ayında ABŞ Konqresinin qəbul etdiyi maliyyə paketi hasilat sahəsində ticarət və texnologiyalar sahəsinə qadağanı nəzərdə tuturdu ki, bununla da neftin ixrac boru kəmərləri ilə nəqli qanunvericiliklə məhdudlaşdırılmış oldu.

Son vaxtlar isə ABŞ tərəfindən Rusiyanın neft sektoruna daha bir iqtisadi zərbə vurulub. 2018-ci il martın 1-də "Exxon Mobil” şirkətinin illik hesabatından məlum olub ki, şirkət sanksiyalara görə "Rosneft” ilə icrasına başladığı bir sıra birgə dəniz layihələrindən imtina edib. "Exxon” zərərini xərcləri nəzərə alınmaqla təxminən 200 milyon dollar dəyərində qiymətləndirib."Rosneft” isə layihələri müstəqil şəkildə həyata keçirmək niyyətini açıqlayıb.

Həmçinin, "Shell” şirkəti qərbi Sibirdəki Xantı Mansı Muxtar Dairəsində Bajenov neft laylarının "Qazprom-neft”lə birgə apardığı işləri dayandıraraq öz payını Rusiyanın "Lukoikl” şirkətinə satıb.Orenburq vilayətinin "Bajenov” və "Açimov” laylarında BP şirkətinin "Rosneft”lə layihələri də təxirə salınıb. Qərb tərəfindən atılan bu sanksiyalaşdırıcı addımlar Rusiyada neft hasilatının 5-10 faiz aşağı düşməsinə və 2025-ci ilə qədər federal büdcədə 150 milyard rubl kəsirin yaranmasına səbəb ola bilər. 

Rusiya şirkətləri isə neft hasilatını təkbaşına həyata keçirməkdə daha bir çətinliklə üzləşir.Bu, xüsusilə də dənizdə neftçıxarma sahəsində Rusiyanın müasir texnologiyalara malik olmaması ilə bağlıdır.Mövcud sanksiyalar isə Rusiya şirkətlərinin belə texnologiyaları əldə etmək imkanını məhdudlaşdırır."Golden Hills - KapitalC AM" Analitik Mərkəzinin direktoru Mixail Krılovun sözlərinə görə, Rusiyanın neft şirkətlərinin 90 faizinin 85 faizi şist və şelf yataqlarının səmərəli geoloji kəşfiyyatında yeni texnologiyalar baxımından həllolunmaz çətinliklərlə üzləşəcək.

Hazırda Arktika şelfində hasilat işləri yalnız "Prirazlomnı” neft yatağında yalnız "Qazprom neft” şirkəti tərəfinfən həyata keçirilir.Bununla yanaşı, işin bütün mərhələlərində xarici şirkətlər də qazma işlərinə və mühəndislik və xidmət sahələrinə xidmət göstərməyə də cəlb olunub. Lakin "Fitch Ratings”in təbii ehtiyatlar və xammal ticarəti üzrə direktoru Dmitri Marinçenko bildirib ki, Rusiya şirkətlərinə netf yataqlarında və şelf layihələrində tətbiq edilən qadağalar onların fəaliyyətinin dayanması ilə nəticələnə bilər: "Bu, həm texnologiyanın olmaması, həm də maliyyə çatışmazlığı ilə əlaqədar ola bilər. Məsələn, Arktik şelfdə bir kəşfiyyat quyusunun qazılması təxminən 1 milyard dollara başa gələcək.Arktik şelfdə bir layın qazılması təxminən 1 milyard dollara başa gəlir.Xarici tərəfdaş cəlb edtmədən belə böyük layihələri maliyyələşdirmək Rusiya şirkətləri üçün çətin olacaq”.

Son üş ildə istehsal həcmi 20 milyon ton artan Rusiya neftinin hasilat səviyyəsinin getdikcə aşağı düşəcəyi proqnozlaşdırılır.Yəni 2014-cü ildə Rusiyada neft və qaz kondensatının istehsalı 526, 753 milyon ton təşkil edib. 2017-ci ildə isə bu göstərici 548,8 milyon tona çatıb. OPEK-in məlumatına görə,2018-ci ildə Rusiyada neft istehsalının həcmi sutkada 11 milyon barel olacaq. Ancaq ekspertlərin hesablamalarına görə, yaxın illərdə ənənəvi yataqlarda ehtiyatın azalması ilə əlaqədar neft hasilatı da aşağı düşəcək.Marinçenko bunun yaxın üç-beş ildə baş verəcəyini deyib. Sanksiyalardan sonra isə həmin proses daha aydın görünür. "Vygon Consulting” şirkətinin baş məsləhətçisi Darya Kozlovanın fikrincə, 2025-2027-ci illərdən sonra Rusiyanın neft yataqlarında kəşfiyyat qazma işlərinin və çətin hasil edilən karbohidrogen ehtiyatlarının həcmi azalmağa başlayacaq.Ona görə də ekspert bu sahədə investisiyaların stimullaşdırılmasını və yeni texnologiyaların tətbiqini zəruri hesab edir. "Skolkovo” Energetika və Biznes Sahəsində Araşdırmalar Mərkəzinin direktoru Tatyana Mitrova bildirib ki, sanksiyalar öz təsirini bu gün yox, sabah göstərəcək.

Əgər 2025-ci ilə qədər neftin bir barelinin illik satış qiyməti orta hesabla 50-60 dollar civarında qalarsa, "qara qızıl”ın hasilatı 540 milyon tona qədər azalacaq.Sanksiyaların sərtləşdirilməsi nəticəsində neftin qiyməti 40 dollar civarına düşərsə, o zaman hasilat 505 milyon tona qədər enəcək.Gəlirlərin bu cür azalması dövlət büdcəsinin 2025-ci ildə 150 milyard rubl, 2030-cu ildə isə 270 milyard rubl azalmasına gətirb çıxara bilər.

M.Abdulla






Həftənin ən çox oxunanları