Yuxarı

Razi Nurullayevə qarşı təxribat: "Yurd”çular işə başladı

Razi Nurullayevə qarşı təxribat:

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, "Cəbhəçilərin Təşəbbüs Qrupu”nun prezidentliyə namizədi Razi Nurullayevin təşviqat materialları lövhələrdən çıxarılır. 

Cebhe.info-ya daxil olan məlumata görə, "Yurd” sədri Əli Kərimlinin tapşırığı ilə aparılan kampaniyaya bir çox "yurd”çu təhkim olunub.

Qeyd edək ki, Razi Nurullayevin seçki plakatlarına daha çox Nərimanov rayonu ərazisində rast gəlinir. Son günlər isə rayonun müəyyən ərzilərində quraşdırılmış təşviqat lövhələrindən prezidentliyə namizəd Razi Nurullayevin plakatları sökülür. 

Fotolar da məhz təxribatın çox təkrarlandığı Nərimanov rayonundakı seçki dairəsində çəkilib. 

Qeyd edək ki, sözügedən ərazi 45 nömrəli məktəbin qarşısındadır. 

Vilayət Muxtar 





Həftənin ən çox oxunanları