Yuxarı

Seçkidən sonra qələbə mitinqi keçiriləcək?

Seçkidən sonra qələbə mitinqi keçiriləcək?

Dünya təcrübəsində seçkilərdə qalib gələn namizədin "qələbə mitinqi” (müxtəlif ölkələrdə fərqli adlarda olur - müəl.) keçirməsi ənənə halını alıb.Azərbaycanda isə belə bir ənənə mövcud deyil.Ancaq gözləniləndir ki, qalib gələn namizəd "qələbə mitinqi” keçirsin.Maraqlıdır, namizədlərdən hansı qalib gələrsə, "qələbə mitinqi” keçirmək haqqında düşünür?

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, "Cəbhəçilərin Təşəbbüs Qrupu”nun prezidentliyə namizədi Razi Nurullayevin seçki qərargahından Vüsal Qarayev "Cümhuriyət” qəzetinə açıqlamasında qələbə qazanacaqları təqdirdə bunu qeyd edəcəklərini deyib: "Dünya praktikasında necə, biz də elə. Qələbə qazanacağımız təqdirdə, əlbəttə, bunu qeyd edəcəyik.Nəzərə alsaq ki, uzun müddətli bir iqtidarı məğlub edib hakimiyyətə gələcəyik, əlbəttə, belə bir möhtəşəm qələbənin xüsusi qeyd olunması gözləniləndir.Təki qələbə qazanaq, ən önəmlisi budur”.

Azərbaycan Demokrat Partiyasının (ADP) prezidentliyə namizədi Sərdar Cəlaloğlunun seçki qərargahından deyiblər ki, qalib gələcəkləri halda "qələbə mitinqi” keçiriləcək:

"Təbii ki, qalib gələcəyimiz təqdirdə "qələbə mitinqi” keçirəcəyik. Eyni zamanda biz bu qələbəni bütün Azərbaycanda demokratiyanın qələbəsi kimi dəyərləndirəcəyik. Azərbaycanda demokratik sistemin  yaradılması üçün keçid hökumətinin formalaşdırılmasına başlayacağıq. Həm iqtidar, həm də radikal müxalifətdən ibarət bir həmrəylik hökuməti yaratmağa çalışacağıq ki, Azərbaycan qansız, qadasız demokratiyaya keçid edə bilsin.”

Müstəqil namizəd Zahid Orucun seçki qərargahından isə məsələyə realist yanaşmağın tərəfdarı olduqlarını və belə bir ənənənin formalaşmasını arzuladıqları bildirilib:

"Siyasət və seçki, xüsusilədə seçki prosesi realist olmağı tələb edir. Bu eksrassenslikdən, proqnoz sahələrindən fərqlidir.

Ona görə də hər kəs yaxşı bilir ki, seçkilərin nəticəsini 1 faiz fərqlə belə öncədən bilmək olur.Bunu aparıcı Qərb ölkələrində də görmüşük, o, cümlədən, post-sovet ölkələrində də bu təcrübə artıq reallaşıb.Bu baxımdan biz seçkilərdə daha çox qələbə qazanacağımızı yox, ideyalarımızın özünə meydan tapacağı, tərəfdarlar toplayacağı, gələcək birinci şəxsin hökumətində, onun siyasətində yer tutacağına ümid bəsləyirik.Ona görə də deyirik ki, ideyaların qalib gəlməsi, birinci olmaqdan daha çox önəmlidir. Əminəm ki, qalib gələn şəxs "qələbə mitinqi”ni keçirə bilər. Ümumiyyətlə, bu seçkilərdə favoritin İlham Əliyev olduğuna təkcə bir partiya çərçivəsində deyil, qeyri-siyasi şəxslərin də ona dəstək verdiyinə şahidlik etmişik.Biz "qələbə mitinqi” ənənəsinin formalaşmasını çox arzulayırıq.Doğrudur, məsələn, Türkiyədə "Balkon çıxışı” deyə bir ənənə var. Azərbaycanda bu bir qədər fərqlidir. Belə bir mitinqin Azərbaycanda da keçirilməsi heç kimi özünü məğlub durumda hiss eləməməsinə səbəb olar. Bu milli birlik hislərinə ancaq müsbət təsir göstərə bilər”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) prezidentliyə namizəd Qüdrət Həsənquliyevin seçki qərargahından Niyaməddin Orduxanlı isə nəticələrə uyğun qərar verəcəklərini deyib:

Düşünürəm ki, bütün inkişaf etmiş, demokratik ölkələrdə qalib olan partiya funksionerləri, ona rəğbəti olan insanlar bu cür mitinqlər keçirirlər. Bu normal bir haldır.Təbii ki, 11 apreldə bizim namizədin qələbə çalacağı təqdirdə hansı addımların atılacağı bəlli olacaq”.

Vilayət





Həftənin ən çox oxunanları