Yuxarı

Azərbaycan prezident seçir

Azərbaycan prezident seçir

Sabah Azərbaycanda prezident seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyası 125 dairə seçki komissiyasında və 5641 məntəqədə seçkilərə hazırdır.

Cebhe. info əməkdaşının verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, prezident seçkilərində 8 namizəd yarışır. Onlardan 6-sı öz namizədliyini siyasi partiyalardan, biri "Cəbhəçilərin Təşəbbüsü Qrupu”ndan, digəri isə öz təşəbbüsü ilə verib: " Seçkiləri 60 minə yaxın yerli müşahidəçi, 900- ə yaxın isə xarici ölkələrin nümayəndələri izəyəcək. 57 minə yaxın konkret dairə hüdudlarında müşahidə aparılacaq. 5253 nəfər məşvərətçi səs hüquqlu namizədlər seçilib. Bir sözlə, seçkiləri müşahidə etmək üçün heç kimə "yox" cavabı verilməyib".

Məzahir Pənahov qeyd edib ki, ABŞ və Fransadan olmaqla 4 təşkilat exit-poll keçirəcək. 1000 məntəqədə seçkiləri izləmək üçün veb-kameralar quraşdırılıb. MSK sədri onu da əlavə edib ki, səsvermə günü Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələri barədə 5 dəfə məlumat verəcək.

Qeyd edək ki, səsvermənin başlanmasına 15 saat qalıb. 

Azərbaycanda 5,3 milyon seçici var. 

Alçina Amilqızı 





Həftənin ən çox oxunanları