Yuxarı

Siyasi naşılığın Kərimli nümunəsi

Siyasi naşılığın Kərimli nümunəsi

Avropalı "dostları” "Yurd” sədri Əli Kərimlinin ümidlərini yenə qırıb. Milli Şura  İlham Əliyevin yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi ilə bağlı Avropa İttifaqı Şurasının sədri Donald Task və Avropa Şurasının baş katibi Torbörn Yaqlandın təbrik məktublarından təəccübləndiyini və təəssüfləndiyini bildirib. Əslində bu bir daha onu göstərir ki, Milli Şuraya rəhbərlik edənlər hələ də siyasi proseslərə alverçi düşüncəsi ilə yanaşırlar. Siyasətlə məşğul olan birinin bu cür düşünməsi və belə bir fikir bildirməsi absurd görünür.

Görünən odur ki, Əli Kərimli və onun diletant komandası hələ də peşəkar  siyasətlə məşğul deyillər. Avropa təsisatlarının Azərbaycanda keçirilən seçkilərin nəticələrini qəbul etməyəcəyini, təbrikin olmayacağını düşünmək yəqin ki, elə Milli Şura siyasətçilərinə xas yanaşma olardı. Avropa seçkilərdə nə gördü? Radikal qüvvələr olaraq Əli Kərimli və digər ənənəvi müxalifət təmsilçiləri seçkini boykot etdi. Ardınca isə 3 dəfə icazəli mitinq keçirərək etirazlarını bildirdilər. Mitinqdə iştirakçı sayı isə elə gözlənilən kimi oldu. Əli Kərimlinin "Facebook”da yazdığı statusları "like” edənlər qədər. Bununla Avropaya "güclərini” göstərdilər. Ancaq düşünmək lazım idi ki, bu cür mitinqləri görən Avropa onlara qahmar çıxmaz. Avropa gördü ki, Azərbaycanda etiraz etmək, istədiyini demək olar. Maraqlısı isə odur ki, bütün bunları məhz ənənəvi müxalifətin timsalında gördü. Hansı ki, bunların olmadığını hər çıxışlarında bəyan edirlər. Milli Şuranın indi təbrikə görə Avropa təsisatlarından "incik” düşməsi anlaşılan deyil.

ATƏT-in Seçki Müşahidə Missiyasının qalmaqallı hesabatını bəh-bəhlə ictimaiyyətə demokratiya göstəricisi təqdim edən Əli Kərimlinin ümidlərinin qırılması da yəqin ki, elə bununla bağlıdır. Yəqin Əli Kərimli düşünürdü ki, Avropa bu bəyanatın ucundan tutub uzadacaq. Nəticədə Avropanın yeni layihələrində Əli Kərimliyə "baş rol” təklif edəcəklər. O, da ən yüksək aktyorluq bacarığı ilə bu "baş rol”un öhdəsindən məharətlə gələcək və qonorarını alacaq. Amma Avropanın seçkidən sonrakı təbrikləri Kərimlinin bu "biznes planı”nını pozdu. Nəticədə də Milli Şuranın adı ilə öz təəssüfünü avropalılara çatdırdı.

Düşüncələri biznes, fəaliyyətləri alverçi təfəkküründən kənara çıxmayan Milli Şuraçılar bu cür çox uzağa gedə bilməyəcəklər. Əslində onların dövrünün bitdiyi görmək elə də çətin deyil. Təşkil etdikləri mitinqlərə nəzər saldıqda, bunu açıq şəkildə görmək mümkündür. Milli Şuranın Müsavat Partiyası ilə birlikdə "ümumxalq aksiyası” adı altında keçirdikləri mitinqə bir neçə yüzdən çox adam yığa bilmədilər. Özlərini böyük siyasi güc adlandıran iki təşkilatın mintiq adı altında piketə bərabər aksiya keçirmələri avropalı havadarlarını da məyus etdi. Amma Avropa Avropadır, orda siyasətdən də, onun qaydalaırndan da xəbərdardırlar. Xəbərsiz olan, illərini siyasət meydanında keçirsə də hələ də siyasi naşı olan Əli Kərimlidir. Naşılığına baxmayaraq bu illərdə heç nə öyrənmədi, necə başlamışdısa, eləcə də davam etdi, belə olmasaydı, dünyada siyasətin qaydalarından bxəbər olduğunu hər addımda biruzə verməzdi.  

Məlumatlara görə artıq Milli Şuranın idarəçiləri arasında ciddi narazılıqlar da yaranıb.  Qurumda olan yanlış idarəetməyə görə yaranan fikir ayrılığının yeni parçalanmalar gətirəcəyi gözlənilir. Görünən odur ki, 2013-cü il seçkilərindən sonra siyasi səhnədə qalmaq üçün bir ipdən asılı vəziyyətdə qalan Milli Şura rəhbərlərinin bu son həlqəsi də artıq qopub. Bəllidir ki, Avropa ilə münasibətləri də qırılan Milli Şura özünə yeni "müttəfiq” axtarışındadır. Yeni müttəfiqlərin kimin olması isə əslində Milli Şura rəhbərliyi üçün fərqli yoxdur. Əsas odur ki, Əli Kərimlinin "biznes planı” qəbul edilsin. Siyasətdə naşı olan Kərimlinin biznesdə ustalığına isə heç oralarda da az bələd deyillər. 

Vilayət Muxtar





Həftənin ən çox oxunanları