Yuxarı

AXCP sədrindən Cümhuriyyət və Elçibəylə bağlı təklif

AXCP sədrindən Cümhuriyyət və Elçibəylə bağlı təklif

"Azərbaycan Xalq Cümhuriyyəti Rəsulzadənin adı ilə xarakterizə olunur. Bunun üçün də Rəsulzadə şəxsiyyətinə tam önəm vermədən, onun adını bir neçə yerdə əbədiləşdirmədən, Bakının görkəmli yerlərinin birində abidə qoymadan, dövlət səviyyəsində onun məzarını Ankarada ziyarət etmədən bayram tədbirləri çılpaq görünəcək”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev "Yeni Müsavat” qəzetinə açıqlamasında deyib. 

R.Nurullayev vurğulayıb ki, normal və sağlam müxalifətin olması vacibdir:

"Biz Məhəmməd Əmin Rəsulzadə və digər qurucu atalara layiqli və xalqın da razı qalacağı önəmin verilməsini istəyirik. Daha iki vacib məsələni də qeyd etmək istəyirəm. Birincisi, Cümhuriyyətinizin 100 illiyinin qeyd olunması, planlaşdırılması və iştirakı məsələlərində normal və sağlam müxalifətin olması çox vacibdir, həm də zərurətdir.
İkincisi, bu il həm də Azərbaycanın azadlıq simvolu olan Əbülfəz Elçibəyin 80 illik yubileyidir. Bu tarixi hadisənin də bu il paralel olaraq dövlət səviyyəsində keçirilməsinin tərəfdarıyıq. Biz əlimizdən gələni edəcəyik, amma əlimizdən çox şeyin gəlmədiyi də aşıkardır”.

Cebhe.info





Həftənin ən çox oxunanları