Yuxarı

AXCP hökumətə təklif verdi: Kompensasiya ödənilməsi ilə bağlı bəyanat

AXCP hökumətə təklif verdi: Kompensasiya ödənilməsi ilə bağlı bəyanat

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) "Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsinə dair hökumətə təklif verib.

Cebhe.info xəbər verir ki, AXCP hökumətə verdiyi təkliflə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, ölkənin şəhər və rayonlarında, özəlliklə paytaxt və ətraf rayonlarda infrastrukturun yaxşılaşdırılması, müasir standartlara uyğunlaşdırılması məqsədiylə tikinti-söküntü işləri aparılır.

Qeyd olunur ki, bu işlər də öz növbəsində əhali arasında müəyyən narazılıqlara səbəb olur. Əsas problem evləri satın alınan əhaliyə ödəniləcək kompensasiyaların hesablanması zamanı yaranır. AXCP-nin bəyanatında vurğulanır ki, məhz bu səbəbdən vətəndaşı razı salmaq, vətəndaşla hökumət arasında narazılığı aradan qaldırmaq üçün mövcud qanuna dəyişiklik vacibdir. 

Qeyd edək ki, partiya artıq sözügedən təklifi aidiyyatı qurumlara təqdim edib. 

Vilayət Muxtar 





Həftənin ən çox oxunanları