Yuxarı

Mübarizə adına toplanan pullar Kərimlinin cibində

Mübarizə adına toplanan pullar Kərimlinin cibində

"Yurd” sədri Əli Kərimlinin canlı yayınları əsl tamaşadır. Baxmaq həm gülməkdir, həm qəzəblənmək, həm təəssüflənmək, həm olan-qalan ümidin də dəfni.

Yanlış anlaşılmasın, ümid Əli Kərimlinin nə şəxsinə, nə rəhbərlik etdiyi müxalifət oyununa, nə də onun Azərbaycan üçün daha yaxşı gələcək üçün olmayan arzularınadır. Bunlara ümid onsuz da çoxdan ölüb, əgər nə zamansa olubsa da, özü özünü dəfn edib. İndi zərrə-zərrə azalaraq sonunda yoxa çıxan ümid Azərbaycanda siyasi müzkirələrin gələcəyinədir. 

Böyunun ölçüsü qədər oyun

Çünki özünü müxalifət elan edib öz köşəsinə çəkilən şəxslər üçün bu köşə toxunulmazdır, "mənim evim mənim qalamdır” prinsipi ilə çıxış edib ancaq öz köşələrini qorumaqla məşğuldurlar. O köşə onlar üçün hər şeydir- həyatdır, siyasətdir, məşğuliyyətdir, kin-küdürətdir, sevgidir, tərifdir və sonunda Azərbaycandır. Azərbaycanı öz köşələri boyda gördüklərindəndir ki, kənara boylanmağı belə özlərinə rəva bilmirlər. Facebook-da siyasi müxalifətçiliyi həm də bir-birinin ünvanına fikir söyləməklə eyniləşdirən Əli Kərimli və "Oyan” hərəkatından Nahid Cəfərlinin paylaşımlarını izləmək bu düşüncənin yaranması üçün kifayətdir. Hər ikisi özü, öz ətrafı üçün danışır, qulaq asanlar da, təqdir və tənqid, hətta təhqir edənlər də dəyişmir, necə deyərlər, eyni aş, eyni kasa. Amma iddialar günbəgün artır, saxta profillərlə təhqirlər  göydə uçuşur, hər biri özünün doğru olduğunu sübuta yetirməyə çalışır. Nahid Cəfərlidən fərqli olaraq Əli Kərimli bu oyunda daha peşəkardır, ad çəkmir, ünvanı adı ilə yox, işarələrlə göstərir. Təkcə peşəkarlıqdan yox, həm də eqodan gələn məsələdir.

Özündən başqasını heç virtualda da qəbul etməyən Kərimli eqosu üçün başqa birini "müxalifət lideri” deyə adlandırıb tənqid etmək yolverilməzdir. Kərimli bunu nə başqalarına bağışlayar, nə də özünə. Məhz buna görə də Nahid Cəfərlinin dəfələrlə edilən müraciətlərinə bxmayaraq debat təklifini qəbul etmir. Ona görə yox ki, deməyə söz tapa bilməməkdə çətinlik çəkəcək, ona görə ki, Nahid Cəfərli ilə debata çıxmaq belə onun da varlığını qəbul etmək deməkdir. Bu isə Əli Kərimli üçün "müxalifət bazarına” daha bir yeni iddiaçının gəlməsidir. Yol vermək olarmı? Qətiyyən. Kərimli də məsələyə bu prizmadan yanaşır və təklifləri rədd edir. Nahid Cəfərlidən fərqli olaraq hətta çıxışlarında onu agent adlandırsa da, agent adlandırdığı şəxsin adını dilinə gətirmir. Özlüyündə "böyük oyun” oynadığı görüntüsü yaratmağa çalışır. "Böyük oyun” deyə təqdim etməyə çalışdığı isə əslində Kərimlinin boyunun ölçüsü qədərdir. 

Tənqid qarşılığında damğa 

Onun üçün Azərbaycanın dünəni maraqlı olmadığı kimi bu günü də maraqlı deyil, heç gələcəyi də maraqlı olmayacaq. Nahid Cəfərli isə deyir ki, Kərimli onun fikirlərini kontekstdən çıxarır, fərqli formada təqdim edir. Bu günlərdə təkbaşına apardığı virtual debatı da məhz  Əli Kərimli ilə olan debat kimi təqdim edən Nahid Cəfərli deyir ki, "Yurd” sədri  özünü nə qədər lideral demokrat kimi xalqa təqdim edə bilməsə də, debatdan qaçsa da, bəzi arqumentlərə cavab verməyə çalışır. 

"Birbaşa debata gəlsin, müzakirə edək” deyə Kərimliyə çağırış edən Cəfərlinin təklifi yerdə qalıb. Kərimli debata çıxmayıb və Facebook-da çıxışını daha çox Ermənistanda baş verən hadisələr üzərində qurmağa üstünlük verib. Nahid Cəfərli deyir ki,  əgər Karl Marks Əli Kərimliyə qulaq aşsaydı,  məzarı çartlayardı: "Azərbaycanı idarə etməyə iddialı olan şəxslər problemlərin kökünü anlamaqda çətinlik çəkirlər”. Nahid Cəfəri fikirlərinin birində isə çox haqlıdır: 

Əli Kərimli indiyə qədər onu tənqid edən istənilən kəsi agent elan etdirib. Nahid Cəfərli "2004-cü ildən bəri belədir” deyir. Biz isə daha irəi gedirik. Hələ 90-ların sonlarından bu belədir. AXCP-də və "Yurd" daxilində Kərimlini tənqid edib agent dalğası almayan bir nəfər belə olmayıb. Kərimlinin siyasəti ilə razılaşmayıb buna etiraz edənlər üçün dərhal "agent” təbliğatı işə düşür.Nahid Cəfərli də bu təcrübəyə dayanaraq bu gün "agent” damğası almaq növbəsinin ona çatdığını deyir. Əslində Kərimlinin çıxışlarından da görünən budur. 

Mübarizə adına toplanan pullar Kərimlinin cibində

Bir çoxlarımızın çoxdan bəri yazdığımızı, dediyimizi Nahid Cəfərli indi deyir. Məsələ ondadır ki, Əli Kərimlinin maliyyə mənbələri hər zaman mübahisəli və sirli olub. Kərimli kimsəyə bi sirrə vaqif olmaq imkanı verməməyə çalışıb, hərçənd ki, cidanı çuvalda çox gizlətmək də mümkün deyil. Kərimli ailəsinin xaricdəki dəbdəbəli yaşayışı dəfələrlə müzakirə edilib, "Yurd” sədri buna məntiqli bir açıqlama verməyib. Amma məlum olan həm də odur ki, Kərimli ona olmasa da, mübarizəyə inanaraq ayrılan vəsaiti də özünütəbliğə sərf edib, etməkdə də davam edir. Nahid Cəfərli də bunu deyir. Kərimlinin təbliğatı ilə məşğul olan, ona ruporluq edən "Azərbaycan saatı”, Turan” TV məhz mübarizə üçün verilən pullar hesabına fəaliyyət göstərir, üstəlik də ancaq Kərilinin təbliğatı ilə məşğul olur.  Cəfərlinin təbirincə desək, Kərimlinin şəxsi liderlik ambisiyalaırna sərf olunur. Onu özünü bənzətmək istədiyi Ermənistan "məxməri inqilabı”nın lideri Paşinyandan fərqlərindən biri də budur. "Orda pul bir nəfərə yox,  ümumi mənafeyə sərf edilib”-bunu da Nahid Cəfərli deyir, Kərimlinin isə veriləəck cavabı yəqin ki, bu dəfə də olmayacaq. Çıxıb nə deyəcək? "Rəqiblərimi vurmaq üçün istifadə etdiyim pulu mübarizəyə sərf edə bilmərəm ki...” deməyini gözləmirik hər halda...

Elnarə Kərimova





Həftənin ən çox oxunanları